YAP-çı deputatın "reket jurnalist"lə sensation əlaqələri

Deputat İmamverdi İsmayılov bəzi məmurları Habil Vəliyevin əli ilə vurdururmuş

Ötən ilin dekabr ayında Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həbs olunan "Gündəlik Bakı” qəzetinin və bir neçə reket saytın rəhbəri olan Habil Vəliyevin həbsindən sonra bir sıra maraqlı məqamlar üzə çıxıb. Belə ki, H.Vəliyevin ayrı-ayrı məmurlarla yanaşı, Milli Məclisin bəzi deputatları ilə də “işgüzar” əlaqədə olduğu bəlli olub.
Öncə onu qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Anti Terror Mərkəzinin çətiri altında fəaliyyət göstərən “reket” baş redaktorun şantaj edərək, hədə-qorxu ilə pul almadığı iş adamı, idarə müdiri qalmamışdı. Gununsesi.info-nun xəbərinə görə, Habil Vəliyevin istintaqı zamanı aparılan araşdırmalarda onun arxasında dayanan şəxslərdən birinin Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilən İmamverdi İsmayılov olduğu aydın olub. “Reket jurnalist”in əlaqələri müəyyən olunarkən hər iki şəxsin davamlı telefon danışıqları üzə çıxıb. Ən maraqlısı isə odur ki, araşdırmalar zamanı İmamverdi İsmayılovun Habil Vəliyev vasitəsilə bəzi məmurlar haqqında informasiyalar da yazdırdığı bəlli olub. Məlumata əsasən, artıq məsələdən deputatın da xəbərdar olduğu və çıxılmaz duruma düşdüyü bildirirlir.
Xatırladaq ki, İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. 22 ilə yaxındır ki, deputat mandatını daşıyır.

Kənan
Hurriyyet.org

09:59