Yaltaqlıq, iyrənc yaradıcılıq olsa belə... yaradıcı bir işdir və alətləri tükənməzdir...
Bilirsiniz, Alla Puqaçova Putinin Ukraynaya saldırısını qınadığı üçün, hakim-mütləqə `malades` demədiyi üçün ölkədən getməyə məcbur olub. Əri `təsir agenti` elan edilib. Uşaqlarına məktəbdə `xalq düşməni övladları` deyilib.
(Nə tanış söhbətlərdir, deyilmi?)
İndi İsraildə yaşayır...
Alla Puqaçovanın sentyabrın 10-da efirə getmiş 3 saat 38 dəqiqəlik müsahibəsi post-sovet məkanında olaya çevrilib.
İki gün sonra, 12-si, yəni dünən axşam artıq 5 milyona yaxın baxış vardı.
2 gün içində!
4 saata yaxın müsahibə! - Səbrimizin 5 dəqiqəyə yetmədiyi gündə!
Və 5 milyon baxış!
Prezidentlərin belə əldə edə bilmədiyi göstərici...
Alla Puqaçova Rusiyanı çalxaladı. Bir vaxtlar sovet estradasına gətirdiyi zəlzələni indi də `rus düşüncəsi`nə gətirdi.
Demək, möhtəşəm bir güc sahibidir.
Və hər kəlməsi ayrıca bir yaltaqlıq alətinə çevrilmişdir artıq. Ehtiyacı olan hər kəsin bəhrələnəcəyi qədər... var.
Allahım, nə qədər yaratıq qidalanacaq :)
İndi Rusiyada qara yarışma gedir... dövlət konsertlərinə çıxmaq, ad almaq, prezident əməkhaqqı-sədəqəsi almaq, gözə görünmək istəyən, nəfsi ləyaqətindən böyük olan sənətçilər, yazıçılar, jurnalistlər, guya icmalçılar, özünə politoloq deyənlər, məmurlar, eynilə bizdəki kimi... hökumətdən umacağı olan sürülər bütün Rusiya mediası boyu Allanı söyür. Vətən xaini, SSRİ-ni dağıdan Qorbaçovun tayı, terrorist Dudayevin dostu, ifritə, kaftar, yalançı və s. və s... latayırlar havada uçuşur...
Ən üst qurumlar, hələlik Putin istisna, reaksiya verməkdədirlər. Sözçü Zaxarova belə rəsmilərin sözünü deyib.
Rusiya dövləti Puqaçovanı `cümlə xəyanətlərə bais` elan edib durmaqdadır. Rusiyada Ukrayna işğalını alqışlamamaq zarafat iş deyil, bilirsiniz. Cəzası ağırdır...
Hələ deyirlər, Alla Puqaçovanın mahnılarını dinləyənlərə cinayət işi açılacaq.
Duma bu `37 düzəni`ni qanunlaşdırmağın üzərində işləyir.
Allanı dinləmək bir vaxtlar SSRİ-də Azadlıq Radiosunu dinləməyə bərabər olacaqmı? Heyrət!
Alla Puqaçova neyləyib axı? Qısaca özətləsək, sovet Rusiyasının və hazırkı Rusiya Federasiyasının mahiyyətini açıb. Sadəcə, öz həyatını, ailəsini, atasının həbsini, uşaqlığını, gəncliyini, keçdiyi ağır sənət yolunu, sovet rejiminin qadağanlarını, rejimin qanlı repressiyadan sonrakı soyuq repressiya dövrünü, sonunda Ukrayna təcavüzünü dəstəkləmədiyi üçün başına gələnləri danışmaqla...
Alla Puqaçova canlı rus müsibəti imiş...
O, çox sevdiyi vətəni - Rusiya haqda `QƏLBİ, MƏRHƏMƏTİ, İNSANLIĞI BÖYÜK OLMAYAN BÖYÜK DÖVLƏT`deyir.
Bu 76 yaşlı sənətçi qadın fikrini o qədər dəqiq, o qədər müdrik ifadə edir ki... heyrətə düşürsən...
Müsahibə möhtəşəm bir sənət adamının ömür salnaməsi olmaqla yanaşı əvvəlki və indiki siyasi rejimin aynasıdır.
`DÜNYAYA STALİN KİMİ BİR DESPOTUN ZAMANINDA GƏLDİM. ÖMRÜMÜN SONU DA PUTİN KİMİ BİR DESPOTUN ZAMANINA DÜŞDÜ` deyir.
Artıq Rusiya vergi idarəsi onun vergi borclarından danışır. Və qiymətli mülkiyyətilərinə əl qoymağa hazırlaşırlar.
(Hakimiyyətlərin `vergi repressiyası` da bir başqa mövzudur)
Əlbəttə, xalqlarla hakimiyyətlərin (və güclülərin kölgəsində mövcud ola bilən varlıqların) dünyaya baxışı fərqlidir.
Allaya heyran qalan tamaşaçı sayı hesabınadı bu çoxmilyonlu baxış. Rus xalqının əzabkeş və sadə kəsimi öz `Oxuyan Qadın`ına alqışlar, təriflər yağdırmaqdadır, onun bu misilsiz hünərini vəsf etməkdədir.
Nə isə, Puqaçova o qədər dərin və incə məsələlərə toxunub ki deməklə bitməz, baxmaq lazımdır.
Bizim Tümen qəhrəmanımız Fərman Salmanovla bağlı heyranlığı çox xoş oldu. Elə bizimki kimi olan Cövhər Dudayaev və xanımı ilə bağlı sözləri də gözyaşardıcı idi.
Rusiya xüsusi idarələri Puqaçovanın Cövhər Dudayevlə dostluğunu terroristlə əlaqə deyə qiymətləndirməkdədirlər.
Utanıb ölmürlər, əlbəttə...
Əlbəttə, dövləti zorakılıq alətinə çevirənlər anlamazlar ki, dövlət dikələn başlara çırpılacaq zopa deyil. Dövlətin gərək qəlbi olsun. Dövlət canlıdır, gərək ədaləti, şəfqəti, vicdanı olsun. Olmayandan sonra nə desən edə bilər.
Yenə nə isə... Puqaçova Rusiyanın bizimkilərdən qat-qat kaliteli olan yaltaqlarına bir neçə illik yaltaqlıq aləti bağışladı. Ucundan tutub ucuzluğa gedəcəklər.
Günlərlə, aylarla və illərlə çək-çevir edəcəklər.
Axı yaltaqlıq yaradıcı bir işdir, riyakarlar və şeytani ağıl sahibləri üçün alətləri tükənməzdir...
Despotlar isə hər addımlarına `çəpih` eşitmək ehtiyacı olan `böyük uşaqlardır.`
s.a. bu yazı (video) pozulası deyil... Alla Puqaçova böyük bir epoxanın aynası olaraq tarixə düşdü...
Yaltaqlıq İyrənc Yaradıcılıqdır

Mehriban Vəzir
Xudaferin.eu
09:18