Yalçın Rəfiyev: Hesab edirəm ki, öhdəliklərin ortaya qoyulmasının vaxtıdır
OP29 zamanı mühüm məsələləri müzakirə etmək üçün hər cür şərait yaratmağa çalışdıq. Tərəfləri danışmağa, prioritetlərini anlamağa, ədalətli və ambisiyalı həllər tapmaq üçün kollektiv məsuliyyət götürməyə təşviq etdik. Tərəflərə razılaşma istəyi göstərdikləri üçün onlara minnətdarıq.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Bakıda turizm nazirlərinin görüşünün yekunu olaraq keçirilən mətbuat konfransında COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
"Komandamız indi balanslaşdırılmış mətnləri təqdim etmək üçün fikirləri ümumiləşdirir. Biz tərəflərə yekun razılaşmanın əldə edilməsində qərarlı göründüklərinə görə təşəkkür edirik. Hesab edirəm ki, artıq öhdəliklərin ortaya qoyulmasının vaxtıdır. Artıq adaptasiya üzrə qlobal hədəf, yeni kollektiv kəmiyyət hədəfi və BƏƏ ilə razılaşma üzərində işləyirik. Bu sənədlərin yarısı bu gecə açıqlanacaq. Çünki mətnlər üzərində iş hələ yekunlaşmayıb. Tərəflər ən vacib məsələləri müzakirə etməli, müxtəlif həll variantları və təkliflər müəyyənləşdirilməlidir. Tərəflər burada verilən qərarlar nəticəsində Paris İqlim Razılaşmasının birinci onilliyindən ikinci onilliyinə keçməyə hazır olacaqlar", - deyə Y.Rəfiyev diqqətə çatdırıb

Xudaferin.eu
15:12
Digər xəbərlər