"Ya Qarabağ, ya ölüm" şerinin müəllifi vəfat edib - VİDEO

Türk dünyasının tanınmış sənətçisi Ozan Arif 69 yaşında vəfat edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə Türkiyənin NTV televiziyası məlumat yayıb.

O.Arif qırtlaq xərcəngi xəstəliyindən əziyyət çəkirdi. O, müalicə olunduğu “On Doqquz Mayıs” Universitetinin Tibb fakültəsində dünyasını dəyişib.

Qeyd edək ki, O.Arif 1949-cu il iyulun 10-da Türkiyənin Giresun əyalətinin Alucra rayonunun Yüksələn kəndində anadan olub. Orta məktəbi Samsunda bitirib. Ailə üvzləri çox olduğundan ailəyə kömək etmək çn 1970-1979-cu illərdə müəllim olaraq çalışıb. Devgeriş əndində beş müəllim, dörd il direktor olaraq çalışıb. 

O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, Dağlıq Qarabağın və ətraf rayonların işğalına biganə qalmamışdı. O.Arif məşhur “Ya Qarabağ, ya ölüm!” şeirinin müəllifidir.

Allah rəhmət eləsin!

Xudaferin.eu 


 

23:39