“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb.

Xudaferin.eu xəbər verir ki, nəşrin yeni nömrəsində “Nobel kürsüsü”, “Azərbaycan ədəbiyyatı” “Bəşəri dəyərlər”, “Buker mükafatı laureatları”, “İlahi keçid”, “Hekayə”, “Esse”, “Memuar”, “Avropa poeziyası”, “Yaddaş”, “Roman” “Teatr” və “Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikalarında bir-birindən maraqlı və oxunaqlı yazılar dərc edilib. Belə ki, bu rubrikalarda Uilyam Batler Yeytsin şeirləri, “İsa İsmayılzadə, yaxud “sözün rəsmi” yazısı və İsa İsmayılzadənin şeirləri, Lao Tszının “Dao de Dzin” əsəri, Lidia Devisin “Gələcəkdə yazıçılar redaktəyə ciddi yanaşmayacaqlar” başlıqlı müsahibəsi və hekayələri, “Tövrat”dan tərcümə edilmiş üçüncü hissə, Konn İqquldenin “Qara su” hekayəsi, Orxan Pamukun “Orxan bəy, bunları həqiqətən yaşamısınız?” essesi, Marqaret Selincerin “Xəyallarda uçurumdan qoruyan: atam C.D.Selincer” yazısı, Paul Selanın şeirləri, Kazım Yaşar Kopramın “Misir məmlükləri” tarixi araşdırması, Alber Kamyunun “Xoşbəxt ölüm” romanının ikinci hissəsi, Treysi Lettsin “Avqust. Osaj qraflığı” pyesi, və Vsevolod Qarşinin “Səyyah qurbağa” nağılı yer alıb.

Xudaferin.eu

17:23