“XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz” kitabının təqdimatı olub

 

Tanınmış ədəbiyyatşünas-tənqidçi, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın “XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz” kitabının təqdimatı olub.

 

Respublikanın tanınmış elm və ədəbiyyat xadimlərinin iştirakı ilə reallaşan tədbirdə müəllif sözügedən kitabı haqqında məlumat verib. Vurğulanıb ki, yeni nəşrdə son iki-üç ildə qələmə aldığı ədəbiyyatşünaslığın aktual problemlərindən bəhs edən dəyərli tədqiqatlar, eyni zamanda, dünya ədəbiyyatı nümunələrinin tənqid predmeti kimi analitik təhlillər yer alıb. Tədbirdə filologiya üzrə fəlsəfə doktorları Məti Osmanoğlu, Nüşabə Vəkilova, şairlər Qəşəm Nəcəfzadə və İlham Qəhrəman tənqidçinin yeni kitabının ədəbi prosesi öyrənənlər üçün dəyərli vəsait olduğunu söyləyiblər.
Qeyd edək ki, müəllifin qələmə aldığı kitabda çağdaş Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri və onların ədəbi təhlilinə geniş yer verilib. İndiki dönəmdə ədəbi tənqidin yoxa çıxması, çağdaş ədəbi prosesin öz qiymətini alması böyük problemlərdən biri hesab olunur. İradə Musayevanın bir müəllif kimi bu çətin və məsuliyyətli işi ortaya qoyması və ağır zəhmət bahasına elmi-nərəzi araşdırmalarla baş-başa qalması ədəbi tənqidlə məşğul olanlar arasında böyük coşqu ilə qarşılanmışdır. 

Xudaferin.eu

19:14