Xorvatiyada “Tesla Roadster 2”-nin rəqibi istehsal olunacaq

Xorvatiyanın “Rimac” şirkətinin istehsalı olan “Rimac Concept S”-i artıq “Tesla Roadster 2”-nin rəqibi elan edirlər.

Çinin “Camel Group” şirkətinin “Rimac”a yatırdığı sərmayədən sonra kiçik xorvat şirkətinin elektrik maşınlarının istehsalına başlaması mümkün olub. Əvvəllər isə bu şirkət ehtiyat hissələri istehsal edirdi. 1073 at gücünə malik avtomobil tam dolu enerji ilə 320 kilometr məsafə qət edə bilir. Avtomobil 0-dan 100 km/saata 2,5 saniyəyə sürətlənir, maksimal sürəti isə 345 km/saata çatır. Yeni avtomobilin qiyməti təqribən 960 min dollar olacaq.

Xudaferin.eu

"Avropa Bürosu"

 

12:29