Xocalıdan olan idmançılar çempion oldu

 

Azərbaycan Kikboksinq Federasiyası "Bayraq Günü” münasibətilə Respublika turniri keçirib.
 

Sumqayıt şəhərində təşkil olunan turnirdə bu il yaradılan Xocalı İdman Klubunun üzvləri də qatılıb. Beş qat dünya çempionu Ehtiram Məcidovun tələbələri yarışda yüksək nəticə göstəriblər. Klubun 2 üzvü qızıl, 3 üzvü gümüş, 2-si izə bürünc medal qazanıb.

Qeyd edək ki. Xocalıdan köçkün düşmüş şəxslər, onların övladları üçün nəzərdə tutulmuş idman klubu bu ilin 26 fevralında yaradılıb yaradılıb. Klubun rəhbəri kikboksinq üzrə beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, dəfələrlə beynəlxalq turnirlərin qalibi Ehram Məcidovdur.

 

Xudaferin.eu

"Sumqayıt Bürosu"

 

10:50