Xocalıda 613 nəfər deyil, ən azı 2613 nəfər qətlə yetirilib - Yunus Oğuzdan ŞOK açıqlama
Xocalı soyqırımının 28-ci ildönümünü qeyd etdiyimiz günlərdə sözügedən faciə zamanı erməni vandalları tərəfindən qətlə yetirilən azərbaycanlıların sayının rəsmi rəqəmlərdən daha çox olduğu barədə fikirlər səslənir. Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz da "OLAYLAR"-a verdiyi açıqlamada belə bir faktla rastlaşdığını deyib. O, bildirib ki, hazırda Livanda məskunlaşmış erməni yazıçı-jurnalist David Xerdiyanın "Xaç uğrunda" kitabında Xocalıda qətlə yetirilən azərbaycanlıların 613 nəfər deyil, 2613 olduğu bildirilir: "Devid Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdikləri vəhşilikləri fəxrlə xatırlayır. Onun "Xaç uğrunda" kitabının 19 və 76-cı səhifələrində qeyd edilir ki, martın 2-də "Qaflan" erməni qrupu meyitləri yandırmaqla məşğul idi. 2000-nə yaxın türkün cəsədini toplayıb ayrı-ayrı hissələrdə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuğa, aclığa və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familyalı bir əsgər onun qulaqlarından tutub üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".
Yunus Oğuz deyib ki, Xocalıda qətliamı həyata keçirən ermənilər qətlə yetirdikləri azərbaycanlıların sayını 2613 nəfər göstərdiyi halda, hələ də rəsmi rəqəmlərdə Xocalı soyqırımında 613 nəfərin həlak olması barədə məlumatların əksini tapması ziddiyyətlidir. Yazıçı hüquq-mühafizə orqanlarının bu məsələyə diqqət çəkəcəklərinə əminliyini ifadə edib: "Əgər həmin qətliamı həyata keçirən erməni etiraf edirsə ki, 2613 nəfəri qətlə yetirmişik, biz nə üçün 613 nəfər deyirik? Adətən ermənilər törətdikləri vəhşilikləri gizlətməyə çalışırlar. Fikir verin, Xocalıda nə qədər azərbaycanlı qətlə yetirilib ki, onlar 2613 nəfəri öldürdüklərini etiraf edirlər". Yunus Oğuz onu da qeyd edib ki, milli qəhrəman Allahverdi Bağırov da Xocalı soyqırımı zamanı minlərlə insan cəsədi daşıdıqlarını bildirmişdi. /Olaylar.az/

16:47
Digər xəbərlər