Bu gün Xocalı faciəsindən 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri yazıldı. Qarabağın kiçik, lakin strateji əhəmiyyətə malik şəhəri olan Xocalı Ermənistan Silahlı Qüvvələri tərəfindən və keçmiş SSRİ ordusunun tərkibində fəaliyyət göstərmiş 366-cı motoatıcı alaynın iştirakı ilə işğal edildi.
Bu hücum nəticəsində dinc Azərbaycan əhalisinə qarşı misli görünməmiş vəhşiliklər törədildi.
Bu hadisə təsadüfi hərbi əməliyyat deyildi. Faktlar göstərir ki, hücum əvvəlcədən planlaşdırılmış və mütəşəkkil formada həyata keçirilmişdir. Şəhər mühasirəyə alınmış, qaçmağa çalışan dinc sakinlər atəşə tutulmuşdu.
Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü. Əsir düşənlərdən 150 nəfərin – o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək naməlum qalır.
Şəhərin işğalında Ermənistan silahlı birləşmələri ilə yanaşı, separatçı silahlı dəstələr də iştirak etmişdir. Həmin dövrdə hərbi əməliyyatlarda adı çəkilən şəxslərdən biri kimi sonradan yüksək vəzifələr tutmuş Vitali Balasanyan göstərilir. Hücumda iştirak edən silahlı dəstələr və hərbçilər dinc əhaliyə qarşı beynəlxalq humanitar hüququn bütün prinsiplərini kobud şəkildə pozmuşdular.
Xocalı sakinləri yalnız qətlə yetirilmədi. Onlar qanunsuz olaraq öz mülkiyyətlərindən məhrum edildi, evləri və əmlakları talan olundu. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı.
Girovların saxlanma şəraiti son dərəcə ağır idi, onlara qarşı zorakılıq tətbiq olunurdu. Bu faktlar hadisənin sistemli və məqsədli xarakter daşıdığını sübut edir.
Bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin rolu əvəzsizdir. O, həyatını riskə ataraq Xocalıda törədilən vəhşilikləri lentə aldı və həqiqətləri dünya mediasına çatdırdı.
Onun çəkdiyi kadrlar bu gün də insanlıq əleyhinə törədilmiş cinayətin canlı sübutudur.
Xocalının müdafiəsində iştirak edən igidlərimizdən biri — döyüşlər zamanı şəhid olmuş və ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmiş Şöhrət Həsənovun adı hörmətlə yad olunur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov isə böyük fədakarlıq göstərərək erməni tərəfi ilə danışıqlar aparmış və üç gün ərzində 1003 Xocalı əsirinin azad edilməsinə nail olmuşdur. Onun bu humanist və cəsarətli addımı yüzlərlə ailənin yenidən birləşməsinə səbəb olmuşdur.
Bu gün Xocalı soyqırımının tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.
Pakistan və Sudan Xocalı soyqrımını qətliam kimi tanımışdır. Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya parlament səviyyəsində bu faciəni qətliam kimi qiymətləndirmişdir.
ABŞ-ın 22 ştatında da Xocalı ilə bağlı müvafiq sənədlər qəbul edilmişdir.
Bu faktlar göstərir ki, həqiqət gec də olsa, öz yerini tapır.
Xocalı soyqırımı yalnız Azərbaycanın deyil ; bütün insanlığın faciəsidir. Bu hadisə beynəlxalq hüququn, insan haqlarının və müharibə qanunlarının kobud şəkildə pozulmasının bariz nümunəsidir.
Tarixi yaddaş millətin varlığının əsas sütunlarından biridir. Əgər biz başımıza gətirilən faciələri unutsaq, gələcəkdə eyni təhlükələrlə yenidən üz-üzə qala bilərik.
Biz -- Azərbaycanlılar millətimizə qarşı törədilən soyqırımları və faciələri unuda bilmərik. Çünki unutmaq ədalətdən vaz keçmək deməkdir.
Unutmaq şəhidlərimizin ruhuna xəyanət etmək deməkdir. Unutmaq gələcəyimizi zəiflətdirmək deməkdir.
Unutsaq — uduzarıq.
Xatırlasaq — güclənərik.
Ədalət uğrunda mübarizə aparsaq , həmişə qalib olarıq !!!
XOCALI SOYQIRIMI — UNUTSAQ UDUZARIQ .....

Müəllif : Qəvami Sadıqbəyli.
Xudaferin.eu
15:39