“Xocalı soyqırımı” kitabı Ukrayna dilinə tərcümə olunub

Yazıçı publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlibala Məhərrəmzadənin “Xocalı soyqırımı” kitabı Ukrayna dilinə tərcümə olunub.

Xudaferin.eu xəbər verir ki, müəllif kitabda ermənilərin son iki əsrdə ölkəmizə və xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətini tarixi faktlarla geniş oxucu auditoriyasına təqdim edib.

1992-ci il fevral ayının 26-da erməni silahli birləşmələrinin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirdikləri vəhşiliklər, kütləvi qətliamlar kitabda geniş əksini tapıb. Ukraynanın Azərbaycandakı Ticarət Evinin dəstəyi ilə dərc olunan kitabın Kiyev, Lvov, Xarkov, Dnepr və digər şəhərlərdə təqdimat mərasimləri keçiriləcək. Kitabın tərcüməçisi Mehman Salmanovdur.

Xudaferin.eu

20:22