Xoca Əhməd Yasəvi adına Qazax-Türk Universitetində Nizami guşəsi yaradılacaq

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Qazaxıstanın Əhməd Yasəvi adına Qazax-Türk Universitetində guşəsi yaradılacaq. Bu barədə Astanada səfərdə olan Milli Məclisin deputatı Naqif Həmzəyev məlumat verib.

 

N.Həmzəyevin sözlərinə görə, bu ənənəni davam etdirmək üçün, Əhməd Yasəvi adına Qazax-Türk Universitetində Nizami Gəncəvi auditoriyası və mərkəzinin yaradılması üçün artıq ilkin razılıq əldə olunub. Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə müvafiq işlər görülüb, yaxın zamanlarda mərkəzin tam fəaliyyətə başlaması üçün lazımi addımlar atılacaq. Nizami Gəncəvinin 875 illiyi münasibətilə təşkil olunan mərkəzin açılışı törəninda baş tutacaq.

Xudaferin.eu

 

09:48