XİN: Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri"ni tanımırıq

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və martın 12-də Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.
Bu barədə AZƏRTAC-a Nazirliyin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

Xudaferin.eu

16:08