XİN: Ermənistanın davamlı təxribatlara əl atması, bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, bu il iyulun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, son zamanlar Ermənistan tərəfinin davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.
Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etmək, habelə bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi addımları atmaq hüququnu özündə saxlayır.
Allah şəhidimizə rəhmət eləsin.

Xudaferin.eu

21:49