XİN: Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır

Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter səhifəsində edilən paylaşımda qeyd olunub.
Bildirilib ki, Ermənistan tərəfindən basdırılmış minanın daha bir qurbanı, 26 yaşlı mülki şəxs Tərtər rayonunda minanın partlaması nəticəsində yaralanıb. “Təəssüf ki, onun hər iki ayağı amputasiya olunub. 2020-ci il müharibəsinin sonundan indiyədək mina qurbanlarının sayı 2️62 nəfərə çatıb. Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır”, - deyə paylaşımda qeyd edilib.

Xudaferin.eu

23:08