XİN: Ermənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlarına qarşılıq vermir
Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin ölkənin Quba rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin imzalanmış üçtərəfli bəyanatlara guya uyğun olmaması və Ermənistanın ərazi bütövlüyünə təhdid təşkil etməsi iddiası Ermənistan tərəfinin öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək, öz əhalisində əsassız fobiyalar yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq cəhdidir.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 2021-ci il 7 dekabr tarixli açıqlamasına dair şərhində yer alıb.
Qeyd olunub ki, Azərbaycan tərəfi dəfələrlə və ən yüksək səviyyədə üç ölkənin liderlərinin imzaladıqları birgə bəyanatların icrasının vacibliyini vurğulayıb, tərəfimizdən bu istiqamətdə konkret addımlar atılıb. Ermənistan isə üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə öhdəliklərini yerinə yetirmir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törədir. Azərbaycanın Qarabağ bölgəsinə əsassız iddialarından hələ də əl çəkməyən, revanşizm sərgiləyən Ermənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlarına qarşılıq vermir.
Azərbaycanın ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayan Ermənistan XİN-nə indi saxta əsaslarla beynəlxalq ictimaiyyətə üz tutmaqdansa, öz ölkələrinin liderinin imzaladığı bəyanatları diqqətlə oxumağı və bu sənədlərlə üzərilərinə götürdükləri öhdəliklərin icrasına keçməyi tövsiyə edirik.

Xudaferin.eu
23:43
Digər xəbərlər