XİN: Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

Bunu Braziliyanın xarici işlər naziri Aloyzio Nunyes Ferreyra Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

 

Nazir deyib: "Braziliya çox sülhsevər ölkədir. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq ATƏT-in Minsk qrupu çərçivəsində müsbət həll olunmasını istəyirik".

Qeyd edək ki, Braziliyanın xarici işlər naziri Aloyzio Nunyes Ferreyra bu gün Bakıya rəsmi səfərə gəlib.
 

TREND İA

 

09:52