Xarici kapitalla qeydiyyata alınan şirkətlərin 15,5%-i fəaliyyət göstərir

 

2016-cı ildə fəaliyyətdə olan xarici kapitallı şirkətlərin sayı 1241-dən 1277-yə çatıb. İlin əvvəlinə 100% xarici kapitallı və Azərbaycandan tərəfdaşı olan 8,2 min şirkət qeydiyyata alınıb. Başqa sözlə, şirkətlərin 15,5%-i fəaliyyət göstərir, deyə Dövlətstatkomda Turan-a bildiriblər.

Ötən il xarici şirkətlərin mal, iş və xidmət həcmi 35% artaraq 31,6 mlrd manat təşkil edib. Bunun yalnız 14%-i birgə şirkətlərin payına düşür. Mədən sənayesində 100% xarici kapitallı 74 şirkət 19,8 mlrd manatlıq məhsul istehsal edib. 2016-cı ildə inşaat sektorunda 100% xarici kapitallı şirkətlərin sayı 120-dən 98-ə azalıb. Amma onların gördüyü podrat işlərinin həcmi 17,8% artaraq 1 mlrd 385 mln manata çatıb. Birgə inşaat şirkətləri məhsuldarlığı 63,5% artırıb. 2016-cı ildə onlar 2,1 milyard manatlıq tikinti-quraşdırma işləri görüb.

TURAN İA

 

11:00