Xarici işlər naziri seçki təbliğatçılığı edə bilməz

Niderland Türkləri Şurasının başçısı akademik Səfa Yürükel, Hollandiya-Türkiyə arasında yaşanan siyasi böhranla əlaqədar yazılı şərh verib. Yürükel, şərhində nazirlərin seçki çalışması etməməli olduğunu bildirib. Yürükelin şərhinin ümumi məğzini sizə təqdim edirik:

Uca Türk Millətinin Övladları,

İndi referendum prosesinə girmişik.

Türkiyə Ali Seçki Şurasının verdiyi elanda, 16. Aprel 2017 də, Türkiyədə Konstitusiya dəyişikliyi və Başçılıq Sistemi adlı xalq səsverməsində (referendum) xaricdəki Türkiyə Respublikası vətəndaşı olan vətəndaşların səs istifadə etmə haqqına sahib olduğunu bildiriblər.

Alınan rəsmi məlumatlara görə 27. Mart-9 Aprel tarixləri arasında, xaricdə qeydə 2 milyon 929 min 389 seçici 57 ölkə, 119 nümayəndəlik, və 32 gömrük qapısında səs qeydə alınıb. Hollandiyada referendumda, 5.-9. Aprel 2017 arasındakı tarixlərdə səlahiyyətlilər tərəfindən göstərilən məhəllələrdə seçicilər səs verə biləcəklər.
 

16.Apreldə Türkiyədəki referendum səsverməsi, Türk Hökuməti və Niderland arasında yaranan gərginliklər və nəticələri

Hollandiya səlahiyyətliləri Türk Hökumət rəsmilərinin və Prezidentinin, Hollandiyada “Bəli” səsləri çərçivəsində, təbliğat işləri, açıq və qapalı iclaslar edə bilməyəcəkləri qərarı almışdır.  Bu gərginlikdən sonra, Türkiyə xarici işlər nazirinin təyyarəsinin Niderlanda enməyəcəyini və icazə verilməyəcəyi Niderland xarici işlər nəzirliyi tərəfindən rəsmi olaraq açıqlanmışdır.

 

Burada  açıqlanmalı olan çox ölçülü bir vəziyyət var.

Türkiyəli səlahiyyətlilər və siyasətçilər;

1) T. C Xarici işlər naziri olaraq, seçki kampaniyası və dövlətin imkanlarını istifadə qanuni deyil. Seçki qanunlarının pozulmasıdır. T. C Xarici işlər naziri beynəlxalq əlaqələrdə ən yüksək diplomatik idarəçidir. Yalnız xarici işlər nazirləri səvyəsindəki əlaqələrə baxır. Xarici işlər naziri olaraq seçki çalışması edə bilməz.

 

2) Hörmətli xarici işlər naziri eynilə başqa ölkələrin siyasətçiləri kimi, başqa bir ölkəyə siyasi partiya nümayəndəsi və millət vəkili olaraq gedə bilər. Bu işlərini, siyasi partiyasının kassasından yada öz cibindən maliyyələşdirə bilər. Buna kimsə etiraz edə bilməz.

 

3) Hollandiyaya və hollandiyalılara qarşı çirkin ifadələrdən qaçınmalıdır. Beynəlxalq əlaqələr və AB ilə əlaqələrinin pis istiqamətdə təsir edəcək ifadə və hərəkətlərdən qaçınmalı və əlaqələri gərginləşdirməyi dayandırmalıdır. Gərginlikdən mədət ümid edərək və romantik milliyyətçilik edərək, Hollandiyadakı və Avropanın digər  ölkələrindəki “Bəli” cavabını almaq üçün gördükləri bütün hiyləgərliklərdən qaçmalıdırlar. Hollandiyadakı Türk cəmiyyətinin bu gərginliyin bir hissəsi etməməli və Hollandiya Türk cəmiyyətini bu gərginlikdən uzaq tutmalıdır.

Hollandiyalı səlahiyyətlilər və siyasətçilər;

1) Hollandadaki siyasətçilər, o cümlədən 15. Mart ümumi seçkiləri ilə əlaqədar olaraq, Türk səlahiyyətlilərin gərginləşdirmə siyasətinin eynisini etməməlidir. Gərginlikdən faydalanaraq səs ovçuluğu etməməlidir.

2) Niderland hökuməti və siyasi partiyaları, Türkiyə prezidenti və qrupunun Niderland ilə əlaqədar sözlərini, seçki vəsaiti halına gətirməməli, Holandiyanın ayrılmaz bir parçası olan Hollandiya Türk cəmiyyətinə qarşı təhqir edici hərəkət və ifadələrdən qaçınmalıdır.

 

3) Hollandiya Türkiyəyə yalnız prezident və onun qrupu olaraq baxmamalıdır. Əlaqələri zədələyəcək şərhlərdən qaçınmalıdır. Çünki ikitərəfli Dövlət əlaqələrinin zərər görməsi Niderland üçün də çox böyük ziyandır. Bu vəziyyətdən qaçınılmalıdır. Bundan sonra Hollandiya gərginliyi azaldıcı bir yol getməlidir.

4) Niderland Türkiyəyə bağlı olan referendum boyunca, Türkiyə hökuməti və prezidenti səviyyəsində olmayan və Türkiyədən gələn siyasətçilərə yığıncaq etmə və fikirlərini ifadə etmə azadlığını məhdudlaşdırmamalıdır. Çünki bu bir universal haqdır. Bu imkanı qarşılıqlı olaraq inkişaf etdirməlidir.

Biz Niderland Türkləri Şurası olaraq, Millət Hakimiyyətinə söykənən və hakimiyyəti bir adama tərk etməyən, PARLEMENTAR sistemi dəstəkləyirik.

Səs ovçuluğunu qınayırıq. Münasibətləri korlaya biləcək hər cür  fikirlərdən uzaq dayanmağı təklif edirik. Hər fərddən HTK olaraq qətiliklə sandığa gedib seçici haqqını istifadə etməsini tələb edirik.

Hər kəsə, xeyirli bir referendum prosesi və nəticəsi diləyirik !!

Hörmətlə:

Səfa Yürükel, sefamyurukel65@gmail.com (sədr)

Mustafa Cingöz, cingöz.mustafa@gmail.com (sədr müavini)

Mənbə: yenivatangazetesi.com

 

21:07