Xalqın gözü baş bankirdə: Elman Rüstəmovun isə çökən bankın hayında
Bu ilin birinci yarısında “Bank Respublika” ASC işçilərinin 18,4%-ni ixtisar edib. Bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə, iyulun 1-nə “Bank Respublika”nın işçilərinin sayı 568 nəfər olub. Bu isə yanvarın 1-i ilə müqayisədə 128 nəfər azdır. Bankın işçi heyətinin kiçilməsi əsasən onun dörd filialı – “Şəki”, “Göyçay”, “İmişli” və “Şəmkir” filiallarının bağlanması ilə əlaqədardır. Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,461 mln. manatdır. Bankın səhmdarları arasında 14 fiziki və 5 hüquqi şəxs, o cümlədən Almaniyanın "DEG" investisiya və "Sparkassen International Development Trust" şirkətləri var.
“Bank Respublika”nın Marketinq Departamentindən isə bildirilib ki, hesabatı hazırlayan şəxs texniki səhvə yol verib və bu ilin ilk yarısında Bankın işçilərinin sayında faktiki azalma 128 nəfər deyil, 67 nəfər olub. Bu isə 10,5% azalma deməkdir. Bank sektoru can verir. Ölkədə iki devalvasiya nəticəsində 11 bank bağlanıb, qalanları isə sürünür. Devalvasiyadan sonra bankların çöküşü isə onların işini çətinə salıb. Ona görə də yenidən start götürən məmurların bankları heç olmasa dollar satışından qazancla çıxmaq arzusundadır. Xalqın dərisinə saman təpən bankların bəziləri bağlanıb, bəziləri çökür, bəziləri isə divan tutmaqda davam edir. Milyonlarla insan banklara borcludur. Hazırda iqtisadi böhranın dərinləşməsi əhalini acınacaqlı vəziyyətə salıb və kredit ödənişləri edə bilmirlər. Əhali Mərkəzi Bank sədri Elman Rüstəmovdan nicat gözlədiyi məqamda baş bankir özünü belə böhrandan sığortalaya bilmir. Rüstəmova məxsus olduğu deyilən “Respublika” bankın çöküşü ondan xəbər verir ki, baş bankir öz obyektini də qoruya bilmədi. 21 fevral - manatın kəskin ucuzlaşması ilə müşahidə olunmuşdu. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova bağlılığı ilə tanınan Bank Respublika həmin gün ən çox manat toplayan və dollar satan bank olmuşdu. Ehtimallara görə Respublika Bank 21 fevralda 60 milyon manat toplamışdı.
Xatırladaq ki, Parlamentin İqtisadi Siyasət üzrə Komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirmişdi: “Milli Məclisin yaxın iclaslarının birində Mərkəzi Bankın hərəkətlərinin qanuniliyi barədə məsələ qaldıracağıq. Və qoy Elman Rüstəmov Parlamentin və xalqın qarşısında onu bu kritik qərarı qəbul etməyə sövq edən səbəbləri açıqlasın”.

Politika.Az
10:23
Digər xəbərlər