Xalid Mahmud: Pakistan hər zaman dost Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyib
İnanırıq ki, öz ərazi bütövlüyünü Zəfəri ilə bərpa edən Azərbaycanda nəhayət sülh bərqərar olacaq. Çünki Azərbaycanın mövqeyi ədalətlidir. Pakistan hər zaman dost Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İslamabad Strateji Araşdırmalar İnstitutunun sədri, pakistanlı diplomat Xalid Mahmud sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumu çərçivəsində “Vətən müharibəsindən sonra Cənubi Qafqaz evinin qurulmasına xidmət edən sülh prosesində beyin mərkəzlərinin rolu” mövzusunda panel müzakirələrdə deyib.
Beyin mərkəzlərinə böyük ehtiyac olduğunu söyləyən pakistanlı diplomat onların sayının artırılmasının vacibliyini vurğulayıb. Bu, dünyada və ölkədə baş verən proseslərin düzgün analiz edilməsi və qiymətləndirilməsi üçün çox vacibdir.
Bildirilib ki, müəyyən hadisələr fonunda insanların çaşqınlığa düşməməsi üçün araşdırmalara, təhlillərə ehtiyac duyulur. Bu vəzifə isə beyin mərkəzlərinin işidir. Onların fəallığı artırılmalıdır.

Xudaferin.eu
16:24
Digər xəbərlər