WP: Tramp İŞİD-in paytaxtına hücum planından imtina etdi

ABŞ prezidenti Donald Tramp sabiq dövlət rəhbəri Barak Obamanın administrasiyası tərəfindən hazırlanmış Suriyanın Rakka şəhərinə hücum planından imtina edib.

Xudaferin.eu-nun məlumatına görə, “The Washington Post” yazır ki, Obamanın beynəlxalq məsələlər üzrə müşavirləri çoxsaylı müzakirələrdən sonra əlverişli variantın Suriyanın şimalında kürdlərin silahlandırılması olduğu nəticəsinə gəliblər. Amma Obamanın komandası plan üzərində o qədər uzun müddət çalışıblar ki, onu həyata keçirməyə zaman qalmayıb.

Yanvarın 17-də Trampın inauqurasiyasına üç gün qalmış Obamanın təhlükəsizlik üzrə müşaviri Trampın komandasına kürdlərin silahlandırılması üzrə planı təqdim edib. 

Amma yeni prezidentin administrasiyası planı qənaətbəxş hesab etməyib və ondan dərhal imtina edib. Trampın komandasında, əsasən, bu strategiyanı mütəmadi və ehtiyatlı hesab ediblər. 

Beləliklə, məqalənin müəllifi yazıb ki, Tramp öz yolu ilə getməyi və İŞİD-in tez və sərt şəkildə məhv edilməsi kampaniyasına başlamaq istədiyini göstərib. 

Xudaferin.eu

14:43