WikiLeaks yaradıcısı Klintonun qalib gələcəyini deyir

WikiLeaks-in yaradıcısı Julian Assanc hesab edir ki, Respublikaçılar partiyasından prezintliyə namizəd Donald Trampın qələbə şansı yoxdur. “Tramp qalib gələ bilməz. Çünki onun tərəfində yevangelistlərdən başqa heç kim qalmayıb”, – deyə Assanc bildirib. Assancın sözlərinə görə, Trampın opponenti, Demokratlar partiyasının namizədi Hillari Klinton daha yaxşı dəstəyə malikdir.

“Banklar, kəşfiyyat, hərbi şirkətlər, xarici investorlar – hamısı Klintonun ətrafında birləşib. O cümlədən mətbuat, media rəhbərləri və jurnalistlərin özləri”, – deyə o əlavə edib.

Xudaferin.eu

15:43