Vüqar Bayramov: “Niyə MTK-lar insanlardan nağd pul toplamalıdırlar?”
“Mənzil-Tikinti Kooperativlərinin (MTK) vətəndaşlardan yüksək ödəniş tələb etməsi ilə bağlı açıqlamamdan sonra məsələyə Milli Məclis daxil olmaqla çox fərqli qurumlardan və şəxslərdən rəylər gəldi. Belə çevik reaksiyaya görə, məsələnin ictimailləşməsinə dəstək olan jurnalist dostlarıma da öz təşəkkürlərimi bildirirəm. Bu fakt bir daha göstərir ki, fərqli problemləri aydın şəkildə izah edib və ondan çıxış yolları göstərməklə həllinə nail olmaq mümkündür. Bu həmçinin CESD-nin strategiyasıdır”.
Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov “feysbuk” səhifəsində yazıb.
“MTK-lara nağd ödənişlərin qadağan edilməsinə ehtiyac var”
Bayramov qeyd edir ki, MTK-lərin fəaliyyətinin şəffaflaşdırılması üçün onlara olan bütün ödənişlərin nağdsız aparılmasının təmin edilməsi də vacibdir: “Qanunvericiliyə dəyişiklik edilməsi və MTK-lara nağdlı ödənişlərin qadağan edilməsinə ehtiyac var. Əgər bu gün çox fərqli xidmətlər, hətta sığorta ödənişləri yalnız nağdsız aparılırsa, niyə MTK-lar insanlardan nağd pul toplamalıdırlar? Hər bir MTK-nın bank hesabı var və ödənişin də yalnız banklar vasitəsi ilə aparılması təmin edilməlidir. Nəticədə, bu onların tələb etdiyi haqqların məbləğini müəyyənləşdirməyə və vergindən yayınmanın qaşısının alınmasına imkan yaratmaqla yanaşı, həm də onların fəaliyyətində şəffaflığın gücləndirilməsinə səbəb ola bilər”.
“Bu sahədə insitutsional dəyişikliklərin və nəzarət mexanizminin təkmilləşdirilməsi vacibdir”
“Eyni zamanda yeni qaydaların icrasına nəzarətin gücləndirilməsinə də ehtyac var. Bu baxımdan, bu sahədə insitutsional dəyişikliklərin olması və nəzarət mexanizminin təkmilləşdirilməsi vacibdir ki, MTK-lar vətəndaşlarından yüksək ödənişlər tələb edə bilməsinlər", - deyə iqtisadçı əlavə edib.

Şamo
Hurriyyet.org
16:57
Digər xəbərlər