Tanınmış ictimai xadim - Səməd Vəkilov 1975-ci ildə anadan olmuşdur.
Tədqiqatçı hüquqşünasdır.
1988/1999-cu illərdə Füzuli-Cəbrayıl istiqamətində (Lələ Təpə) həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı hərbi-hissənin döyüş fəalları siyahısına daxil edilərək , dəfələrlə komandanlıq tərəfindən təşəkkürlərə layiq görülmüşdür. Qeyri-maddi mədəni irsin qorunmasına dair 5-dən artıq elmi və çox sayda publisitik məqalələri dərc olunmuşdur.
AMEA Reyasət Heyəti tərəfindən təsdiq edilmiş : “Folklor nümunələrinin hüquqi qorunması və milli reyestrin aparılması Startegiyasının”, “Hüquq və mədəniyyət” kitablarının ;
qeyri-maddi mədəni irsin hüquqi qorunmasına dair bir sıra elmi- publisitik məqalənin,
“Folklor örnəklərinin hüquqi qorunması və milli reyestrin aparılması startegiyası” adlı normativ sənədlərin də müəllifidir.
Səməd Vəkilov İnsan hüquqları və məhkəmələrin monitorinqi sahəsində bir çox layihənin iştirakçısı və rəhbəri olmuşdur.
“Hüquq və mədəniyyət”
(2010-cu il), “Azərbaycan folklor örnəklərinin hüquqi qorunması”
(2020),
“Sədaqət və cəsarət kredosu” (2022), “Qərbi Azərbaycandan deportasiya : İmirlidə məskunlaşma”
(2023), “Etnik təmizləmənin sonuncu mərhələsi (1987-1991) ; Çalxanqalaya köç” (2024) kitabları çap olunmuşdur. “Çağdaş Azərbaycanda İslam və cəmiyyət” (2009) kitabının həmmüəllifi, “İlham Əliyevin ekoloji siyasəti; Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023) üçcildliyini tərtib etmişdir.
Savadlı hüquqşünas kimi, “Müstəqil Elmi-Praktiki Hüquq Mərkəzi”ndə şöbə müdiri, “İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi”ndə icraçı drektor və digər ictimai vəzifələrdə çalışmışdır. 2008-ci ildən insan hüquqlarının müdafiəsi ilə məşğul olan Səməd Vəkilov “Müvəkkil Hüquq Mərkəzi”nin sədri, 2019-cu ildən “Vaqif Səmədoğlu Mərkəzi”nin həmtəsisçisi olmuşdur.
“Müvəkkil Hüquq Mərkəzi”nin rəhbəri olaraq , şəhid ailələrinə və qazilərimizə pulsuz hüquqi yardım göstərmişdir.
Vətənpərvər İctimai Xadim - Səməd Vəkilovu 50 illik yubleyi münasibətiylə təbrik edirik .
Möhkəm Can sağlığı, ailəsində xoşbəxtlik , fəaliyyətində yeni uğurlar arzulayırıq !
Hörmət və sayğılarla : Jurnalist-politoloq,
Qəvami Sadıqbəyli.
VƏTƏNPƏRVƏR İCTİMAİ XADİM SƏMƏD VƏKİLOV--50

Xudaferin.eu
16:51
Digər xəbərlər