VƏTƏNPƏRVƏR İCTİMAİ XADİM SƏMƏD VƏKİLOV--50

Tanınmış ictimai xadim - Səməd Vəkilov 1975-ci ildə anadan olmuşdur.
Tədqiqatçı hüquqşünasdır.
1988/1999-cu illərdə Füzuli-Cəbrayıl istiqamətində (Lələ Təpə) həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı hərbi-hissənin döyüş fəalları siyahısına daxil edilərək , dəfələrlə komandanlıq tərəfindən təşəkkürlərə layiq görülmüşdür. Qeyri-maddi mədəni irsin qorunmasına dair 5-dən artıq elmi və çox sayda publisitik məqalələri dərc olunmuşdur.
AMEA Reyasət Heyəti tərəfindən təsdiq edilmiş : “Folklor nümunələrinin hüquqi qorunması və milli reyestrin aparılması Startegiyasının”, “Hüquq və mədəniyyət” kitablarının ;
qeyri-maddi mədəni irsin hüquqi qorunmasına dair bir sıra elmi- publisitik məqalənin,
“Folklor örnəklərinin hüquqi qorunması və milli reyestrin aparılması startegiyası” adlı normativ sənədlərin də müəl­li­fidir.
Səməd Vəkilov İnsan hüquqları və məhkəmələrin monitorinqi sahəsində bir çox layihənin iştirakçısı və rəhbəri olmuşdur.
“Hüquq və mədəniyyət”
(2010-cu il), “Azərbaycan folklor örnəklərinin hüquqi qo­runması”
(2020),
“Sədaqət və cəsarət kredosu” (2022), “Qərbi Azərbaycandan de­portasiya : İmirlidə məskunlaşma”
(2023), “Etnik təmizləmənin sonuncu mərhələsi (1987-1991) ; Çalxanqalaya köç” (2024) kitabları çap olunmuşdur. “Çağdaş Azərbaycanda İslam və cəmiyyət” (2009) kitabının həmmüəllifi, “İlham Əliyevin ekoloji siyasəti; Da­yanıqlı inkişaf və yaşıl dünya (2003-2023) üçcildliyini tərtib etmişdir.
Savadlı hüquqşünas kimi, “Müstəqil Elmi-Praktiki Hüquq Mərkəzi”ndə şöbə müdiri, “İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi”ndə icraçı drektor və digər ictimai vəzifələrdə çalışmışdır. 2008-ci ildən insan hüquqlarının müdafiəsi ilə məşğul olan Səməd Vəkilov “Müvəkkil Hüquq Mərkəzi”nin sədri, 2019-cu ildən “Vaqif Səmədoğlu Mərkəzi”nin həmtəsisçisi olmuşdur.
“Müvəkkil Hüquq Mərkəzi”nin rəhbəri olaraq , şəhid ailələrinə və qazilərimizə pulsuz hüquqi yardım göstərmişdir.
Vətənpərvər İctimai Xadim - Səməd Vəkilovu 50 illik yubleyi münasibətiylə təbrik edirik .
Möhkəm Can sağlığı, ailəsində xoşbəxtlik , fəaliyyətində yeni uğurlar arzulayırıq !

Hörmət və sayğılarla : Jurnalist-politoloq,
Qəvami Sadıqbəyli
Xudaferin.eu

16:35