Xədicə Eyvazova: “Ölkəni tərk edib mühacirətə gedənlərin sayı bu üzdən artır”
Hər bir insan irqindən, cinsiyyətindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.Bu insan hüquqlarının qorunması baxımından aksiomadır.Bəs Azərbaycanda bu prinsiplərə riayət olunurmu?İnsan hüquqları tam şəkildə qorunurmu?
“Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Komitəsi” İctimai Birliyi sədrinin muavini Xədicə Eyvazova açıqlamasında deyib ki, bu gün cəmiyyətə sosial hüquqların pozulması adı hala çevrilib: “Təsadüfi deyil ki, hazırda hər 3 insandan 2-si hüquqlarının pozulmasından şikayətçidir. Bəs problem nədədir? Niyə insanların hüquqları pozulur?
Əslində bu səpkidə olan cavabsız suallar kifayət qədər çoxdur.Səbəb isə əslində məlumdur.Əgər bir cəmiyyətdə insan hüquqları pozulursa, demək ki, ya insanlar öz hüquqlarını bilmir, ya da bilir, ancaq müəyyən səbəblərdən öz haqlarını tələb etməkdə çətinliklər yaşayır.Bu məsələnin əsas kilid nöqtəsi isə məmur özbaşınalığıdır”.
X.Eyvazovanın sözlərinə görə, sosial hüquqların pozulmasının ən bariz nümunəsi bu gün bank-vətəndaş münasibətlərində açıq şəkildə görünür: “Bu günə qədər bütün məhkəmə predmeti olan kreditlərdə qalib tərəf məhz banklar olub. Bu faktın özündə belə kifayət qədər şübhə doğuran məqamlar var. Bu gün 3 milyona yaxın bank müştərisi var, ancaq onların tam olaraq hüquqları təmin olunmur.Elə bir müddət öncə sahibkarların öz şəxsi hesablarında vəsaitin nağdlaşdırılmasına məhdudiyyətlər tətbiq olundu.Bunun özü də müəyyən mənada hüquqların pozulmasıdır. Digər tərəfdən artıq illərdir ki, ölkəni tərk edib mühacir həyatı yaşamağa məcbur olan şəxslərin sayı artan xətlə davam edir.Sosial durumun normal olmaması insanları müəyyən yollarla ölkəni tərk etməyə məcbur edir.Digər və ən öməli problemlərdən biri də ölkədə azad məhkəmələrin olmamasıdır.Təsadüfi deyil ki, bu gün əhalinin böyük əksəriyyəti məhkəmələrə etimad göstərmədiyi üçün öz hüquqlarının təmin olunması üçün ən doğal haqlarından istifadə etmirlər.Bu isə cəmiyyətdə hüquq və azadlıqarının boğulması üçün zəmin yaradır”.
“Vətəndaşların sosial hüquqları qorunmur”

“Cümhuriyət”
09:10
Digər xəbərlər