Viktor Yuşşenko: Bakı siyasi müzakirələrin Davos məkanına çevrilib

Qlobal Bakı Forumunda mütəmadi olaraq iştirak edirəm. Bakı siyasi müzakirələrin Davos məkanına çevrilib. Bu Forumda dünyanı narahat edən ən aktual problemlər və məsələlər müzakirə olunur.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikri Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko Bakıda keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda jurnalistlərə müsahibəsində söyləyib.

Bu gün dünyanın hər yerində müharibələrin, münaqişələrin hökm sürdüyünü diqqətə çatdıran Viktor Yuşşenko deyib: “Biz yaxşı başa düşürük ki, bu raketlər haradan gəlir və niyə müharibə edirlər. Dünya təhdidlər qarşısındadır. Onun üçün də biz oturub düşünməli və çıxış yolu tapmalıyıq. Ukraynaya qarşı müharibə Rusiyanın günahıdır”.

“Bu gün təhlükəsizlik məsələləri hər bir ölkənin problemdir. Avropanın vahid bir sülh prinsipinin olması vacibdir. Əgər təhlükəsizlik məsələləri həll olunmasa, biz hər gün narahat yaşamağa məhkumuq”, - deyə Ukraynanın sabiq Prezidenti bildirib.

Xudaferin.eu

16:00