Vicdanı itirdikdə hər şeyi itirmiş olursan...

Vətənli günlərimdən qeyidlər...

Vicdanı itirdikdə hər şeyi itirmiş olursan...

36 il ayrılıqdan sonra vətənə bu dəfə atüstü səfərə gəlməmişdim, nə az, nə çox, düz yarım il vətənimdə oldum. Azərbaycanı şəhərbəşəhər, kəndbəkənd gəzdim. Əsas iqamətgahım gündüzlər Şuşa, Laçın, gecələr isə Xankəndi oldu... Əlbəttə, hər həftənin son günlərin Bakıda keçirirdim...

Vətənimin təbii gözəlliyinə, millətimin qonaqpərvərliyinə  heyran olurdum, bununla yanaşı vətəndaşların kasıbçılığı və bu kasıbçılıqdan doğan xoşagəlməz hadisələr görəndə isə üzülürdüm...

Şikayət olmasın, illərlə bu qürbət diyarda səmimi qarşıladığım, çətin anlarında əlimdən gələn maddi və mənəvi köməkliyi əsirgəmədiyim bir çox dostların və o dostların "dostları" gözümə dəymədi... 

Hər halda, necə deyərlər, Allahın bir stəkan çayı ilə qonaq olub dərdləşmək olardı...

Yenə var olsun etibarlı, sadə, səmimi köhnə dostlarım!

Bu uzun illərin ayrılığından sonra, sankı Azərbaycanda yeni millətlə qarşılaşmışdım. 
Yəni sovet vaxtı qoyub gəldiyim soydaşlarımız indi başqa adam olmuşdurlar. Bu yeni generasiya, təzə nəsil, necə deyərlər, “yeni azərbaycanlılar"dır.

Qəribə, bəzən də əcaib insanlara rast gəlirdim. 
Adam həqiqiti görüb, düşünür, acılar hiss etdiyin duyursan və bir Allah adamı təsiri bağışlayan, bir anda dəyişir, baxırsan oldu tam başqa adam. 

Gözüylə gördüyü haqsızlığa qarşı zahirdə göstərdiyi davranış tam fərqli olur... Yıx yerə günahsız birini döy, bir adam haraya gəlməz. Sovet vaxtı gördüyümüz nəzakətdən əsər əlamət qalmayıb...

Yəni bir insanın özünü olduğundan başqa cür göstərməsi, şəxsi mənfəət üçün ikiüzlü hərəkət etməsi və cürbəcür rola məharətlə girməsini, handa mənəm-mənəm deyən Hollivood aktyoru belə bacarmaz ki, Azərbaycanda bunu bacaranları gördüm...

Baxırsan üzünə dost kimi davranır, üzünə tərif yağdırır, adam gedən kimi isə arxasınca pis danışır. Kiçik bir yaxşılığı da məqsədli şəkildə edir və bu "humanistliyin" arxasında başqa niyyətləri ortaya çıxacaq… Bunu Allah bilir...

Azərbaycanda çox adam saqqal saxlayıb özünü dindar, dürüst, ibadət əhli və ya mərhəmətli göstərir. Əslində isə həqiqət bunun tam əksini deyir... 

Əgər Azərbaycanda biri sənə desə ki, "Mən Allah adamıyam", mütləq diqqətli olacaqsan... Əks təqdirdə... 

Vaxt tapdıqca Azərbaycanda gördüyüm ürəkaçan mənzərələrlə yanaşı, nöqsanlarımıza da göz yummayacam...

“Vətənli günlərimdən qeyidlər..." rubrikası altında yazacağam.

Bakıda olanda bir televiziya kanalı məni verilişə dəvət etmək istədi və görüşdən qabaq dönə-dönə tapşırdı ki, gərək ölkə rəhbərin tərifləyəsən.

Soruşdum ki, bəs tənqid eləmək olmaz? Dedi: "Ayə nə danışırsan,  bizim anamızı..." Aydındır...
Yox bağışla bunu mən bacarmayacam. 

Ürəyimdə deyirəm ki, belə ikiüzlülüyü bacarsaydım indi qürbətdə deyil, vətənimdə çoxdan ən məsul vəzifə tutmuşdım...

Mən ölkə rəhbərinin gördüyü üç mühüm xidmətini son nəfəsimə kimi unutmaram, həmişə təqdir və təbliğ edəcəm. 

1. Prezidentin Vətən Müharibəsidə əldə etdiyi misilsiz tarixi qələbəsin və bu qələbədə bütün işğalda olan ərazilərimizin azad etməsi.

2. Xankəndində 200 il davam edən hay terror yuvasın məhv edib şəhərə Azərbaycan bayrağın sancması.

3. 1600 ildən çox millətimizin adət-ənənəsinə yad olan INSEST xəstəliyinin rəsmən qadağan etməsi.

Bu qərar Qarabağın işğaldan azad edilməsi qədər mühüm, cəsarətli və vacib qərar idi. 

Ölkə Rəhbəri bu qərarla 1600 ildən çox millətimiz arasında hökm sürən INSEST (Bacı-qardaş evliliyi) xəstəliyinə son qoydu. 
Bundan sonra bacı-qardaşlar xala, xalaqızı, əmi, əmiqızı, dayı, dayıqızı, mama mamaqızı və digər ən yaxın qan qohumları arasında cinsi münasibətlərə son veriləcək.

Siz elə güman etməyin ki, bu asan qərar idi. Hələ də bir çox müsəlman ölkələri buna qarşı açıq və gizli müqavimət göstərməkdə davam edirlər...

Ancaq heç bir dini təəssüfkeşlik minillər boyu formalaşmış türkçülüyümüzü üstələyə bilməz. Türklərdə heç vaxt bacı-qardaş evliliyi, çoxarvadlılıq adəti olmayıb. 

Azərbaycanda isə nöqsanlar daha çoxdur.
Onlardan ən başlıcası dövlət dilinə hər yerdə sayqısızlıq, rusdilli azərbaycanlılara hakimiyyətdə geniş yer verilməsi, milli kadrların sıxışdırılması, eləcə də ölkədə uşaqların uşaqpulundan, pulsuz bağçalardan və digər sosial yardımlardan məhrum olmaları ilə bağlı mütləq gələcəkdə geniş söhbət açacam... Bu ürək parçalayan mövzudur. 

Keçək başqa bir mövzuya...
Bu gün Azərbaycanda və eləcə də mətbuatda, sosial şəbəkələrdə kiminsə xoşuna gəlmək, ondan fayda qazanmaq və ya rəğbət əldə etmək üçün ya kimisə yıxıb sürüyürlər, ya da layiq olmayan birini göylərə qaldırırlar...

Belə mövzulardan biri də illərdi mətbuatda davam edən akademik Cəlal Əliyev və Mir Şahin Ağayev qovğasıdır. 

Mən bu qovğaya kənardan subyektiv fikrimi bildirmək istəyirəm. 

Şəhidlərimizin ruhuna and içirəm ki, qərəzsiz bildiklərimi və şahidi olduğum hadisələri yazacam. 

Öncə gəlin görək Cəlal Əliyev və Mir Şahin Ağayev kimdirlər?

Bu rəsmi statistikadır

Cəlal Əliyev — azərbaycanlı bioloq-alim, akademik və siyasətçi olub. Naxçıvan doğumludur. Əsasən bitki fiziologiyası, fotosintez və buğda seleksiyası sahəsində çalışıb. Azərbaycan biologiya elminin inkişafında böyük rolu olub və yüzlərlə elmi məqalə, kitab müəllifidir.  

Akademik Cəlal Əliyevi tələbəliyimin son illərindən və Milli Azadlıq Hərəkatının ilk günlərindən tanıyıram. 

Tələbə vaxtı fotoqrafiya ilə məşğul olduğum üçün, tez-tez Akademiyada, elmi institutlarda da olardım, bir neçə elm adamı ilə şəxsi dostluğum var idi. 

Bəzi alimlərin ad günlərində, yubiley tədbirlərində, ailə məclislərində şəxsən iştirak edər, çəkiliş aparardım. Akademiklər-  Ziya Bünyadovla, Budaq Budaqovla doğma münadibətlərim vardı...
Belə əlaqələrdən akademik Cəlal Əliyevi uzaqdan-yaxından tanıyırdım. 

Mən onu insafsız, böyük-kiçik  həddi gözləmədən istədiyi, xoşu gəlmədiyi adamı küçə ifadələri ilə təhqir edən, lazım bilərsə hər bir rəqibinə qarşı qəti addım atan birisi kimi xarakterizə edərdim. Onun bir sözünü iki edən olardı əbədi düşməni. 

Unudulmaz xatirələr...

Yaxşı xatırlayıram akademik Andrey Saxarov 1988-ci ilin son ayları olardı Bakıya gəlmişdi. 
Bu elə bir dövr idi ki, Qarabağ münaqişəsi getdikcə alovlanırdı. Akademiyada Azərbaycan alimləri ilə görüş keçirirdilər. Saxarov özü ilə Qalina Starovoytova adlı bir küçə mədəniyyətli qadın və bir neçə digər "insan haqları müdafiəçiləri" olan qadınlar ilə bizim Akademiyamıza gəlib, akademiklərimizi qoz qabığına soxmuşdular. 

Saxarov hər dəfə Azərbaycana Mixail Qorbaçovun xahişi ilə gəldiyin qeyd edərkən, bizim akademiklər isə içi Cəlal Əliyevi qarışıq sürəkli alqışlayırdılar.

Baxmayaraq ki, açıq-açığına Saxarov və Starovoytova Dağlıq Qarabağ məsələsi ilə bağlı separatçıları müdafiə etsələr də, onlara qarşı bir-iki gənc alimlər istisna olmaqla bir nəfər olsun Azərbaycan akademiklərindən səs çıxardan yox idi. Hələ Saxarovu müdafiə edənlərimiz də vardı… Rəhmətliklərin adını çəkmirəm...

Zavallı siyasi impotent alimlərimiz...

Aman Allah necə də məzlum bir mənzərə idi...
Öz vətənində, öz elində olan bizim akademiklərin simasında nə qədər yazıqlıq və yaltaqlıq sezmək olardı...

Moskvadan gəlmiş 3,4 çaqqal alim bizim alimlərimizi qoyun sürüsünə döndərib istədikləri kimi idarə edirdilər...

Bu zaman içəri gözlənilmədən akademik Ziya Bünyadov daxil oldu. Sankı Moskvadan gəlmiş çaqqal sürücünün içinə bir yalquzaq canavar daxil oldu...

Ziya Bünyadovun bu çaqqal sürüsünə dediyi ifadələri bura yaza bilmirəm... Sadəcə ruhu önündə diz çökərək baş əyirəm. Nə yaxşı ki, millətimin həmişə Ziya Bünyadov kimi oğulları olub...

Bax bu görüşdə iştirak edən nə Cəlal Əliyevdən, nə də onun həmişə yanında, yörəsində dolanan dəstə üzvlərindən səs çıxmadı...

Akademik Cəlal Əliyevin hayı-küyü, gücü yalnız mərhumun, Prezident Heydər Əliyevin qardaşı olmasındaydı. 

Rəhmətlik Heydər Əliyev görüşlərin birində öz qardaşı Cəlal Əliyevin öhdəsindən gələ bilmədiyini etiraf etmişdi...

Çünki Heydər Əliyevin qəddar Cəlal Əliyevdən fərqli olaraq, Həsən Əliyev kimi neçə-neçə kimsəsizə, arxasıza, gənc alimlərə arxa duran, mərhəmətli, humanist qardaşı da vardı. 

Bundan əlavə rəhmətlik Heydər Əliyevin, mərhum həyat yoldaşı Zərifə Əliyevanın da içtimayi və humanist fəaliyyətindən söhbət açsaq, onda ayrıca bir kitab yazmalı olarıq. 

Sovet vaxtı rəhbərlərin xanımları barədə yazmaq olmazı və adətən onlar evdar həyat sürürdülər. Zərifə Xanım isə həmin sovet dönəmində etdiyi yaxşılıqlara görə xalqdan qeyri-rəsmi "El Anası" statusu qazanmışdır. 

Ümumiyyətlə əliyevlər ailəsi ilə bağlı burada bir haşıyə çıxıb qeyd etmək istəyirəm ki, 1980-ci illərin sonları olardı...

Bir dəfə məşhur müğənnimiz Flora Kərimova məni Azdramada keçirilən Radio gününə dəvət etdi. Fotokameranı götürüb oraya yollandım. Artıq rəsmi hissə bitmişdi və artistlər konsertə hazırlaşırdılar. 

Səhnə arxasına keçdim ki, Flora xanımı görəm. Baxdım ki, kənarda dayanıb, “Dan ulduzu” ansamblının rəhbəri, məşhur pianoçumuz Gülarə Əliyevanın qoluna girib. Hər ikisi ayaq üstə, bir azca bikef dayanmışdılar. Dərhal yaxınlaşıb hər ikisinə ehtiram göstərdim, əllərindən öpdüm. Stul tapıb gətirdim ki, otursunlar. 

Gülarə xanım işlərimlə maraqlandı. Axı institutda təhsil alanda onun həyat yoldaşı Adil Adilovla ata-oğul münasibətimiz olub. Mən bu ailənin xoş günlərini, mərasimlərini çəkmişəm. 

Gülarə xanım insanlığın, mərhəmətin rəmzi idi, rəhmətlik. Həmin vaxtlar məlum hadisələrlə bağlı əliyevlər ailəsinə münasibət dəyişdiyi üçün əksər müğənnilər Gülarə xanımdan uzaq dayanmağa çalışdığı halda, Flora xanım çox zaman onun yanında olardı. İndi bəzən Flora Kərimovanı da sosial şəbəkələrdə söyürlər...

Bir sözlə, akademik Cəlal Əliyev, əliyevlər ailəsinə göydən düşmüş bir bəla idi...

Mir Şahin Ağayev - tanınmış azərbaycanlı jurnalist, teleaparıcı və media rəhbəridir. Azərbaycanın cənub bölgəsində doğulub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 

Mir Şahin Ağayevi şəxsən tanımıram, canlı olaraq görməmişəm. Mən Azərbaycanı 1990-cı ilin may ayında tərk etmişəm, həmin illər belə bir imzaya rast gəlməmişdim. 

Bu da mənim subyektiv fikirlərimdir... 

Mir Şahin Ağayev Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş və 1990-cı illərdə Qarabağ müharibəsi zamanı cəbhənin ən qaynar nöqtələrindən hazırladığı reportajlarla geniş tanınıb. O, Azərbaycan jurnalistikasında özünəməxsus dəsti-xətti olan tək-tək peşəkar jurnalistlərdəndir. Onun bir çox tanınmış şəxsiyyətlərdən götürdüyü peşəkar müsahibələr daima maraqlı olaraq qalır. 

Mir Şahin Ağayev ANS kimi neçə-neçə peşəkar jurnalist yetişdirmiş telekompaniyanın yaradıcılarından biri olmuşdur. 

Həmin telekompaniyanın iki əməkdaşı olmuş jurnalistlər- Afət Telmanqızı və Ləman Ələşrəfqızını şəxsən tanıyıram. 
Hər ikisin də vicdanlı jurnalist, ədalətli insan, yurd təəssübkeşləri olan qayğıkeş ana və gözəl ailə xanımları kimi tanıyıram. Və elə hər iki jurnalist xanımların tərbiyyəsindən ANS telekanalının və onun əməkdaşları barədə fikir yürütməyə imkan verir...

Sonunda sizlərə bir neçə suallar müraciət etmək istərdim. Əlinizi vicdanınız üstünə qoyub Allah eşqinə səmmi cavab verin.

1. Mir Şahin Ağayev kiməsə güya vəzifəyə qoymaq adı ilə küllü miqdarda pul atıb?

2. Mir Şahin Ağayev onun maşının park yerində icazəsiz park edən əməkdaşın tutdurubmu?

3. Mir Şahin Ağayev oğlu yaşında hansısa bir gənci küçə sözləri ilə təhqir edibmi?

4. Deyə bilərsinizmi Mir Şahin Ağayev nə qədər insanın çörəyin haram edib, ailələrin bədbəxt edib?

Bu sualları laf uzada da bilərəm, fəqət uzatmıram. Son sualımı verib bununla da yazıya son verirəm. 

Siz haradasa, haçansa açıq-açığına, Mir Şahin Ağayevin Qarabağ camatına patoloji nifrət etdiyini deməsini eşitdinizmi?

Unutma ki, vicdanı itirdikdə hər şeyi itirmiş olursan...

Elman Mustafazade 
Avropada "Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru. 
Amsterdam, Niderland 
22 May 2026-ci il.
Xudaferin.eu

14:14