Venesuelanın paytaxtında etirazçılar Ali Məhkəmənin binasını yandırıblar

 

Venesuelanın paytaxtı Karakasda növbəti etiraz aksiyası zamanı Ali Məhkəmənin binası yandırılıb. Etirazçılar binaya yandırıcı maye ilə dolu şüşə qabları və fişəng atıblar.

 

Eyni zamanda, hücuma binanın birinci mərtəbəsində yerləşən bank da məruz qalıb. Polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıblar, zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, ölkədə aprelin əvvəlindən başlayan iğtişaşlar nəticəsində 100-ə yaxın adam ölüb, 1000-dən çox insan xəsarət alıb, 3 mindən çox etirazçı isə saxlanılıb. Bu ölkədə etirazçılar hərəkatının hər ötən ayda daha da güclənməsinin əsas səbəblərindən biri də, ağır social-iqtisadi böhranların qarşısının alınmasında hökumət rəsmilərinin heç bir ciddi addımlar atmamasıdır. İnsan haqlarının dünyada ən çox pozulduğu və tanınmadığı bir ölkə olaraq tanınan Venesuelada demək olar ki, məhkəmələr vətəndaş hüquqlarının qanunla təsbit olunmasında hər hansı bir ciddi addımları atmır. Seçkilərin demək olar ki, hamısı saxtakarlıqla müşahidə olunur. İstər yerli bələdiyyə, parlament və

Istərsə də prezident seçkiləri tamamilə total saxtakarlıqla qaydaları ilə keçirilir. Bununla yanaşı, ölkə polisi və ordu birləşmələri də həddindən artıq siyasiləşdiyi üçün, real hakimiyyət onlardan öz məqsədləri üçün istifadə edir. Buna görə də vətəndaşlar kortəbii şəkildə olsa da, artıq bütün bunlara dözməyərək açıq şəkildə hərəkətə keçmək zorunda qalıblar.

Xudaferin.eu
“Amerika Bürosu”

09:24