Venesuela prezidentindən Ərdoğana incə jest - FOTO

Venesuelada rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük sevgi və hörmətlə qarşılanıb.

Xudaferin.eu “Yeni Şafak” qəzetinə istinadən məlumat verir ki, rəsmi qarşılanma mərasimində venesuelalı əsgərlər “İstiqlal Marşı”nı türk dilində oxuyublar.

Qarşılanma mərasiminə əllərində türk bayraqları olan uşaqlar da qatılıb. Külək uşaqlardan birinin əlindəki türk bayrağını yerə salınca Venesuela prezidenti əyilib, türk bayrağını götürməklə Ərdoğanın və türklərin könlünü fəth edib.

 

14:58