Venesuela BTM-dəki səsvermə hüququnu itirdi

 

Belə ki, Venesuela mütəmadi olaraq üzvlük haqlarının vaxtında ödənilməməsi görə, BMT Baş Assambleyasında səsvermə hüququnu itirmiş altıncı ölkə olub. Bu haqda təşkilatın baş katibinin nümayəndəsi Stefan Cüjarrik bildirib. Son üç il ərzində Venesuela BMT sıralarında səsvermə hüququnu iki dəfə itirib. Ölkənin təşkilata olan borcu 24 milyon dollara çatıb.
Qeyd edək kmi, Güney Amerikanın ən zəngin ölkəsi olan Venesuela ən böyük neft yataqlarına malikdir. Bu ölkədə korrupsiya, hakimiyyətin diktator siyasəti ilə idarə olyunması sayəsində faktiki olaraq defolt problemi ilə üzləşibdir. Neft çıxarma ilə yanaşı neft sənayesinin inkişafına indiyə kimi gərəkən dəstək verilməyib. Bununla yanaşı, ölkə

Çin tərəfindən idarə olunan maoist siyasi düzəninin bataqlığına düşüb. Venesuela həm də Güney Amerika dövlətləri arasında ermənipərəstliyi ilə də məşhurdur. Qondarma “erməni soyqırımı”nı Güney Amerikada ən çox dəstəkıəyən ölkə kimi də tanınır. Ölkədə hakimiyyət uğrunda aparılan mübarizə əslində korrupsiyaya bulaşmış və qanunsuz silah alveri edən strukturlar arasında müşahidə olunur. İllik neft gəlirlərinin miqdarı milyardlarla ölçülsə də, Güney Amerikanın ən kasıb ölkəsi kimi tanınır. Neft və qızıl mədənləri olmayan Çilinin illik adambaşına gəliri Venesuela ilə nisbətdə dəfələrlə çoxdur. O da bəllidir ki, Venesuelanın həm daxili, həm də xarici borcları ilbəil artmaqda davam edir.

Xudaferin.eu
“Analitik Mərkəzi”
   

10:36