Dilimdən nida qopdu,
Təbrizim, sənə salam!
Səmərqəndə çat ünüm,
Hələbim, sənə salam!
Salam, mənim Ərk qalam!
Kəlheybərdə ucalan,
Babəkin ruhu qalan,
Bəzz qalam, sənə salam!
Salam, Bakı qalası!
Salam, Dərbəndim, salam!
Kərkükdə can Türkmənim,
Turfanda Uyğur mənim!
Altaylarda, Sibirdə,
Saxada, Urumçidə
Türk yurdlarına salam!
Salam, Anadoluma!
Baykala, İssık- Kula,
Qazax, özbək, qırğıza,
Türkə yurd Ağcaquma,
Göyçəyə, Zəngəzura,
Borçalı adlı yurda,
Salam, Urmuya salam!
Qıpcaq adlı bir yurda,
Tatar, çərkəz, kumuka,
Qaqauz, Qaraçaya,
Kalmık, noqaya salam!
Ötükendə yurd salan,
Yerdə, göydə səf quran,
Türk gücünə güc qatan,
Göy Türklərinə salam!
Hər bir türkə yurd olan,
Var olsun böyük Turan!
Var olsun böyük Turan!
VAR OLSUN BÖYÜK TURAN!
Dilimdən nida qopdu,
Təbrizim, sənə salam!
Səmərqəndə çat ünüm,
Hələbim, sənə salam!
Salam, mənim Ərk qalam!
Kəlheybərdə ucalan,
Babəkin ruhu qalan,
Bəzz qalam, sənə salam!
Salam, Bakı qalası!
Salam, Dərbəndim, salam!
Kərkükdə can Türkmənim,
Turfanda Uyğur mənim!
Altaylarda, Sibirdə,
Saxada, Urumçidə
Türk yurdlarına salam!
Salam, Anadoluma!
Baykala, İssık- Kula,
Qazax, özbək, qırğıza,
Türkə yurd Ağcaquma,
Göyçəyə, Zəngəzura,
Borçalı adlı yurda,
Salam, Urmuya salam!
Qıpcaq adlı bir yurda,
Tatar, çərkəz, kumuka,
Qaqauz, Qaraçaya,
Kalmık, noqaya salam!
Ötükendə yurd salan,
Yerdə, göydə səf quran,
Türk gücünə güc qatan,
Göy Türklərinə salam!
Hər bir türkə yurd olan,
Var olsun böyük Turan!
Var olsun böyük Turan!
Mafilə Müntəzir
Xudaferin.eu
10:32