Valentina Matviyenko: Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir

Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir. Bu, ilk növbədə, xalqlarımızın maraqlarına cavab verdiyi üçün mümkün olub.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu sözləri martın 17-də Bakıda keçirilən Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

O bildirib: “Biz münasibətlərimizi dostluq, qarşılıqlı hörmət prinsipləri əsasında, bir–birimizin milli maraqlarını nəzərə alaraq qururuq. Əlbəttə ki, bunda əsas rolu Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmləndirilməsi yolunu əsas kimi tutan prezidentlərimiz, liderlərimiz Vladimir Putinin və İlham Əliyevin iradəsi oynayır”.

Xudaferin.eu

16:19