Vahid Əhmədov: “Məmurların yığdığı pulların Azərbaycana gətirilməsinin vaxtı çatıb”
Vahid Əhmədov: “Məmurların yığdığı pulların Azərbaycana gətirilməsinin vaxtı çatıb”Uzun müddətdir reallaşması gözlənilən vergi amnistiyasına dair qanun layihəsi Milli Məclisdə müzakirə edilərək, plenar iclasa tövsiyə olunub. İndi isə növbə maliyyə amnistiyasınındır. İllərdir ölkədən çıxarılan, ofşor zonalarda dövriyyəyə buraxılan külli miqdarda vəsaitlərin ölkəyə gətiriləcəyi xəbərləri gündəmdədir. Çünki vergi borclarının və sanksiyaların silinməsi maliyyə amnistiyası ilə yekunlaşmalıdır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ilk olaraq vergi amnistiyasının verilməsi məqsədəuyğundur: “Cənab prezident çox gözəl təşəbbüs göstərərək vergi amnistiyası ilə bağlı təşəbbüs göstərdi. Milli Məclis də bu təşəbbüsü dəstəkləyir. Bu, faktiki olaraq vergi yükünün, vergi borclarının azaldılması üçün atılan addımdır. Burada təxminən 600 milyon manatdan söhbət gedir. Əgər borclar 1,5 milyard manata yaxın idisə, bunun 600 milyonu silinəcək. Bu çox böyük amnistiyadır, həm də orta və kiçik sahibkarlığın inkişafında müsbət addımdır”. Maliyyə amnistiyasına gəlincə, V.Əhmədov bildirib ki, bu, hər zaman gündəlikdə olan məsələdir: “İndiki məqamda maliyyə amnistiyasının verilməsi olduqca vacibdir. Çünki o məmurlar ki, müəyyən qədər vəsait toplayıblar, həmin vəsaitlərin Azərbaycana gətirilməsinin vaxtı çatıb. Həmin vəsaitlər Azərbaycanda investisiya şəklində ictimai-siyasi həyatın inkişafında istifadə olunmalıdır. Amma bunun üçün ilkin olaraq qanun layihəsi hazırlanmalıdır. Qanun elə şəkildə hazırlanmalıdır ki, maliyyə amnistiyası veriləndə həmin vəsait yalnız və yalnız Azərbaycanda iqtisadi inkişafa xidmət etsin, başqa məsələlər üçün istifadə edilməsin. Bu da cənab Prezidentin səlahiyyətində olan məsələdir. Yəqin ki, bu barədə də düşünürlər”.
Deputat qeyd edib ki, maliyyə amnistiyası verilən zaman bir çox nüanslar diqqətə alınmalıdır: “Biz bir sıra məsələlərlə bağlı vergi dəyişiklikləri etdik. Amma söhbət maliyyə amnistiyasından gedirsə, həmin maliyyə Azərbaycana gətirilməlidir. Yəni maliyyə amnistiyası veriləndə o adamdan soruşmurlar ki, bu vəsaiti harada, necə qazanmısan? Maliyyə amnistiyası verilən zaman həmin vəsaitin ofşor ya da qeyri-bir zonadan gətirilməsi o qədər əhəmiyyət kəsb etmir. Amnistiya verilir və həmin pullar ölkəyə gətirilir”.

Hurriyyet.org
11:07
Digər xəbərlər