V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı bir daha dünyaya bəyan etdi: Vətəndən pay olmaz!
Bu ilıq may günlərində 28 il sürən işğaldan sonra yenidən doğuluşunun ikinci ilini yaşayan, ən qısa müddətdə nəinki Azərbaycanın, bütövlükdə Türk dünyasının mədəniyyət paytaxtına çevrilən, hər günü toyla, büsatla, dünyanın müxtəlif guşələrindən təşrif buyuran saf niyyətli qonaqların heyrət dolu baxışları altında daha da rövnəqlənən, Qarabağın tacı Şuşada olmaq, bu cənnət diyarımızın büllur kimi saf, təmiz havasını udmaq hər bir azərbaycanlı üçün sözlə ifadə olunmayacaq böyük xoşbəxtlikdir. Gündən-günə gözəlləşən, özünün əvvəlki şöhrətini, tarixi və mədəni simasını, milli ruhunu sürətlə bərpa edən mədəniyyət paytaxtımızın ev sahibliyi etdiyi növbəti beynəlxalq tədbirin- V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı günündə Şuşanın qonaqları arasında olan bir azərbaycanlı və bir jurnalist kimi Qarabağın tacına səfərdən aldığım unudulmaz təəssüratlarımı oxucularla bölüşməmişdən əvvəl bu ecazkar diyarımıza gedərkən yol boyu şahidi olduğum mənzərə haqqında bir neçə kəlmə qeyd etmək istərdim. İşğaldan azad edilmiş ərazilərimizə daxil olarkən gözlərimiz önündə açılan nəhəng panoram hər kəsi sözün əsl mənasında heyran edir. Bizi azad, ruhumuzun təşnəsi Şuşaya aparan tarixi Zəfər yolunun sağı, solu sözün əsl mənasında nəhəng tikinti meydançasını xatırladır. Hər addımda bir an belə səngiməyən bərpa-quruculuq işləri insanın qəlbini sevinc, fərəh hissi ilə doldurur. Çox yox, cəmisi ilyarım bundan əvvəlki vandal ermənilərin xaraba qoyduqları, necə deyərlər, altını üstünə çevirdikləri, yalnız quru adları qalan şəhərlər, qəsəbələr, kəndlər yenidən qurulur. Sanki bu bərpadan, bu quruculuqdan vəcdə gələn Qarabağ və Şərqi Zəngəzur çölləri öz əzəli və əbədi sahiblərini yaşıl ormanları, ətrafa xoş ətir yayan rəngbərəng gül-çiçəkləri ilə qarşılayır.
Bu fikirlər “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin “V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı bir daha dünyaya bəyan etdi: Vətəndən pay olmaz!” sərlövhəli məqaləsində yer alıb.
Qarabağın, ümumilikdə Qafqazın incisi olan Şuşa şəhərinin mənzərəsi isə tamamilə başqa aləmdir. Bu cənnət diyarımız gündən-günə simasını dəyişir, hər gün buraya təşrif buyuran çoxsaylı xarici qonaqlarını özünün əsl azərbaycanlı ruhu ilə qarşılayır. Başqa sözlə Şuşamızın tarixi siması bərpa olunur, əvvəlki şöhrəti özünə qaytarılır. Hər günü çal-çağırlı, toy- büsatlı olan qədim Şuşamız indi əvvəlki şöhrətinin özünə qaytarılmasından qürurludur, sanki dil açıb ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin iştirakçılarına, bu torpağa xoş niyyətlə ayaq basan hər kəsə 28 il şahidlik etdiyi erməni vəhşiliklərindən danışır, əsarətdə olduğu zamanlarda da milli ruhunu qoruduğunu bitib-tükənməz sevinc hissi ilə bəyan edir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev hər zaman böyük əminliklə bəyan edirdi ki, gün gələcək, Qarabağda, Şuşada, onun, necə deyərlər, vizit kartı olan Cıdır düzündə yenə də igid ərənlərimiz Qarabağ atlarını çapacaq, Şuşanın başı göylərə dəyən dağlarından "Qarabağ şikəstəsi" havalanacaq, "Qarabağ bülbülləri" yenidən cəh-cəh vuracaq!
Nəyahət, 2020-ci il noyabrın 8-də həmin gün gəldi. Elə həmin gün 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizin baş memarı, qətiyyətli dövlətimizin başçısı, yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakının Şəhidlər xiyabanından Şuşamızın 28 il yarım sürən əsirlikdən azad edildiyini, bununla ata vəsiyyətini yerinə yetirdiyini bütün dünya azərbaycanlılarına sonsuz sevinc və fərəh hissi ilə çatdırdı. Bununla da dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yazdığı şanlı tarixlə Qarabağımızı, Şuşamızı azadlığa qovuşdurdu. 30 il düşmən tapdağı altında qalan torpaqlarımız çəkdikləri əziyyətlərdən sınmadılar, azadlığa, öz tarixi sahiblərinə qovuşacaqları günü səbirsizliklə gözlədilər. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının öz tarixinə sahib çıxan, məğrur, yenilməz xalq, Qarabağ məsələsinin milli qürur məsələsi olduğunu dünyaya sübut etdi. Budur, artıq il yarımdır ki, biz qalib Azərbaycanın qalib vətəndaşları kimi böyük qürur hissi ilə postmünaqişə dövrünün reallıqlarından bəhs edirik.
Azadlığının elə bir günü, elə bir saatı yoxdur ki, gözəl Qarabağımız, azad Şuşamız dünyanın diqqətini özünə cəlb etməsin. Elə bir gün yoxdur ki, Cıdır düzündən Azərbaycan muğamı havalanıb dünyaya səs salmasın. Bu il mayın 12-si də belə günlərin zirvəsində dayanmağa layiq bir gün idi. Milli ruhumuzun beşiyi, milli mədəniyyətimizin məhək daşı Şuşanın məşhur Cıdır düzü yenidən musiqiyə, nəğməyə qucaq açırdı. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli” çərçivəsində Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Şuşa Şəhər Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən, dünyanın üç qitəsinin – Asiya, Afrika və Avropanın on ölkəsindən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın regionlarından folklor kollektivlərinin qatıldıqları V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı sözün əsl mənasında möhtəşəm musiqi bayramına çevrildi. Üç gün davam edən festival Azərbaycanın multikultural dəyərlərin inkişafına böyük töhfələr verən, yerləşdiyi coğrafi məkanla müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən unikal bir ölkə olduğunu bir daha təsdiqlədi.
Bu unudulmaz musiqi bayramının iştirakçılarından biri kimi festival ərəfəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin doğum gününü məhz işğaldan azad edilmiş ərazilərimizdə - Füzuli və Şuşa şəhərlərində qeyd etmələrinin hər bir azərbaycanlıda doğurduğu qürur hissini xüsusi vurğulamaq istərdim. Hesab edirəm ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu addımlarının çox böyük rəmzi mənası vardır. O səbəbdən ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, çoxəsrlik tarixinə möhtəşəm Qələbə səhifəsini yazması çağdaş Azərbaycanın bütün uğurlarının əbədi ideya mənbəyi olan Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-2003-cü illərdə Azərbaycanın bugünü və gələcəyi üçün möhkəm təməl formalaşdıran ulu öndər Heydər Əliyev daim bu inamı əminliklə ifadə edirdi ki, işğal altında olan bütün torpaqlarımız azad olunacaq və soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Prezident İlham Əliyevin Füzuli və Şuşa şəhərlərinə səfəri mühüm sosial obyektlərin təməlinin qoyulması və bərpa-quruculuq işləri ilə tanışlıqla yadda qaldı. Müzəffər Ali Baş Komandanın mayın 10-da “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısında müraciəti isə Azərbaycanın ulu öndər Heydər Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində qazandığı uğurların, Ümummilli Liderin xalqımız qarşısında misilsiz xidmətlərinin təqdimatı oldu. Azərbaycanın bugünkü uğurlarından bəhs edən ölkə Prezidenti təəssüf hissi ilə bildirdi : “Atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır”.
Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, 2003-cü ildə Azərbaycan xalqı ilk dəfə mənə etimad göstərərək bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirdi. Mən isə öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən Prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim. Xoşbəxt adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır. Dövlətimizin başçısı bu əminliyi də ifadə etdi: “Mayın 10-da mən yenidən Ulu Öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edərək Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da xalqımızın, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm”.
Bəli, bu gün hər birimiz uca səslə, böyük qürur və iftixar hissi ilə bəyan edirik ki, azad Qarabağ, azad Şuşa dirçəlir. Bu faktı da qeyd etmək istərdim ki, Şuşanın mədəni dirçəlişinin təməli hələ Sovet dövründə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Ümummilli Liderin 1982-ci ildə Şuşaya iki dəfə səfər edərək Vaqifin məqbərəsinin, Poeziya Evinin açılışında və orada keçirilən Vaqif Poeziya Günlərində iştirak etməsi xalqımızın, şuşalıların yaddaşına ən xoş xatirələr kimi həkk olunub. Düz 39 ildən sonra - 2021-ci il yanvarın 15-də Vaqifin ermənilər tərəfindən dağıdılmış məqbərəsi önündə çıxış edən Prezident İlham Əliyev həmin günləri belə xatırlamışdı: “Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı”.
Heç də təsadüfi deyildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə ilk səfərində məhz Şuşaya Zəfər yolunun çəkilişi ilə bağlı tapşırıq vermişdi. Bu gün həmin yol nəinki şuşalıları, bütün Azərbaycan xalqını, bu tarixi şəhəri görmək arzusunda olan xarici qonaqları, diplomatları, media nümayəndələrini Qarabağın tacı ilə qovuşdurur. Artıq ikinci dəfədir ki, bu yol “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının iştirakçılarından biri kimi mənə də Azərbaycanın döyünən ürəyini görmək imkanı qazandırır. Əbəs yerə deməyiblər ki, yol həyatdır, mədəniyyətdir. Zəfər yolu çox qısa zamanda tikilərək istifadəyə verildi. Bu yolun çox böyük rəmzi mənası vardır. Vətən müharibəsi günlərində keçilməsi müşkül dar bir cığır olan bu yol torpaqlarımızın azadlığı yolunda canından keçən, qanları ilə tarix yazan şəhidlərimizi, sağlamlığını itirən qazilərimizi Şuşanı işğaldan azad etməyə apardı. Şuşa Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Şuşa əməliyyatı bir dastana çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyanın ən məşhur hərbi məktəblərində bu döyüşlər müzakirə edilir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar təəccüblənirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız, Qarabağın tacı olan Şuşanı işğalçılardan necə azad etdilər. Bu gün dünya şöhrətli xarıbülbülün vətəni olan Şuşa diplomatik mərkəzə çevrilib, dünyaya səs salan dövlətlərarası və beynəlxalq sənədlərin imzalanmasına şahidlik edir.
Ötən ilin mayında Müzəffər Ali Baş Komandan xalqımızı ölkəmizin tarixində əlamətdar günlərdən olan və uzun fasilədən sonra Şuşada, Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalından salamladı. Mayın 12-də açılışı olan festivalda Prezident qürurla qeyd etdi ki, biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Həmin festivalın bağlanış mərasimində ölkə Prezidentini kövrəldən məqamı yada salaq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarxın təqdimatı tarixi Zəfərimizin sevincini hər kəsə kövrək hisslərlə yaşatdı. Ümummilli Liderin hər bir vəsiyyətini yerinə yetirən möhtərəm Prezidentimiz Azərbaycanı Ulu Öndərin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi.
Builki səfərimizdə sevincimə sevinc qatan saysız-hesabsız məqamlar, qədim şəhərimizin ötən bir ildə necə böyük yeniliklərə imza atması, Şuşanın simasını gündən-günə gözəlləşdirən bərpa-quruculuq işləri oldu. Şuşa, sözün əsl mənasında, dirçəlib. Qeyd etdiyim kimi, Zəfər yolu tam şəkildə tikilib istifadəyə verilib. Magistral yollar çəkilir, Şuşanın elektrik təsərrüfatı bərpa edilib, yarımstansiya tikilib. Şuşaya suyun verilməsi bərpa edilib. Şuşanın tarixi abidələrinin bərpasına start verilib. Natəvan bulağı bərpa edilib...
Ötən bir il ərzində yaddaqalan mühüm hadisələrdən biri də Prezidentin Şuşa səfəri çərçivəsində şəhərin Baş planı əsasında tikiləcək yeni yaşayış kompleksinin təməl daşının qoyulması olub. Baş plan hazırlanarkən Şuşanın tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdacaqları gün uzaqda deyiil.
Mədəniyyət paytaxtımızın həyatında mühüm hadisələrdən biri 2021-ci ilin dekabrın 24-də Prezident İlham Əliyevin 60 illik yubileyini qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi Zəfərimizin qürur zirvəsi olan Şuşada qeyd etməsi oldu. Dövlətimizin başçısının qədim Şuşa şəhərinə ilyarım ərzində gerçəkləşdirdiyi 9 səfərin hər biri tarixi hadisə olmaqla yanaşı, Qarabağın tacının tarixinin təqdimatında əhəmiyyətli rol oynayan mühüm tədbirlərin keçirilməsi ilə yadda qalır. Hər səfər, hər bir tədbirdəki çıxışı Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqına verdiyi müqəddəs vədin gerçəkləşməsinin qürurunun, üzərinə düşən ən böyük missiyanı ləyaqətlə yerinə yetirməsinin, ata vəsiyyətinə əməl etdiyi üçün yaşadığı xoşbəxtlik hissinin geniş şəkildə, bütün təfsilatı ilə ictimaiyyətə təqdimatıdır. Qalib Azərbaycanın qalib Prezidenti, torpaqlarımızın xilaskarı kimi işğaldan azad edilmiş torpaqlarımızda görülən işlərin hesabatını vermək böyük qürurvericidir.
Ötən musiqi festivalından keçən bir ildə Şuşanın həyatında müşahidə etdiyim və qürur hissi keçirdiyim yenilikləri həm Prezidentimizin səfərlərinin, həm də gördüklərimin fonunda ifadə etməkdən sonsuz qürur duyuram. Şuşanı erməniləşdirməyə çalışanların qədim torpağımızın bugünkü reallıqlarını görüb hansı hissləri keçirdiklərini düşünmək çətin deyil. Amma bu reallıqlar sübut edir ki, Şuşa Azərbaycana məxsusdur, burada daş-daş üstə qoyulduqca, bu əzəmətli məkan qonaqlarını qarşıladıqca növbəti tədbirə ev sahibliyinə qədər daha da möhtəşəm, daha da qürurlu olmağa çalışır. Bu əzəmət Şuşamızın tarixi simasıdır.
Mədəniyyət paytaxtımızın tarixinə nəzər salaq. Füsunkar Şuşa şəhərinin əsası 1750-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Pənahəli xanın qala üçün seçdiyi yer əvvəllər tamamilə meşə ilə örtülü bir sahə idi və üç tərəfdən sıldırım qayalarla əhatə olunduğundan, gələcək şəhər üçün əlverişli təbii səngər rolunu oynayırdı. Pənahəli xan tərəfindən qısa bir müddət ərzində salınan bu şəhər əvvəllər öz banisinin adı ilə “Pənahabad" adlanırdı. Lakin sonralar şəhərin yaxınlığında yerləşən Şuşakəndin adı ilə "Şuşa qalası" adlanmağa başlandı. Tarix boyu bu qala yağı düşmənlərin basqınlarına, hücumlarına məruz qalsa da, heç vaxt əyilməmiş, alınmaz olmuşdur. Bir mühüm məqamı da xüsusi qeyd etmək istəyirəm ki, musiqinin onun hər daşına, qayasına, ab-havasına hopduğu şəhərlərdən söz düşəndə Şuşanın adı birincilər sırasında çəkilir. Şuşa 1992-ci ildə antimilli ünsürlərin xəyanəti nəticəsində işğal olunsa da azadlığına qovuşacağına əmin idi və qovuşdu da!
Şuşa bu il may 12-də növbəti V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına ev sahibliyi ilə bir daha dünyaya mesajlarını ünvanladı. Qeyd etdiyimiz kimi, üç gün davam edən festivala dünyanın üç qitəsinin – Asiya, Afrika və Avropanın on ölkəsindən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın regionlarından folklor kollektivləri qatılmışdılar. Festivalın açılış konserti Cıdır düzündə qurulan böyük səhnədə keçirildi. Proqram Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Vətən süitası” ilə başladı. Sonra Əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev və Səbinə Ərəblinin ifasında “Qarabağ şikəstəsi”nin sədaları Şuşa dağlarına yayıldı. Azərbaycan muğamına yüksək dəyər verən ulu öndər Heydər Əliyevin “Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir” fikirlərinə istinadən böyük qürur hissi ilə qeyd edirik ki, bu gün muğamlarımızın ruhu oxşayan, könülləri fəth edən xoş sədası bu sənətin beşiyi olan Şuşadan ucalaraq Azərbaycana, bütün dünyaya yayılır, xalqımızın qanına, canına, yaddaşına hopur. Bəli, tarix təkrarlanır. Eyni zamanda, tarixinə sahib çıxan xalq məğlubedilməz olur. Azərbaycan tarixi Qələbəsi ilə dağları, daşları, havası muğamımıza həsrət qalan Şuşamızı yenidən əvvəlki şöhrətinə, ab-havanı yaşamağa qaytardı. Bu gün hər birimiz fəxr edirik ki, əvvəlki kimi yenə də Cıdır düzündə “Qarabağ şikəstəsi” səslənir.
Festivalda Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında olan, mənəvi və siyasi dəstək göstərən qardaş Türkiyəni Ankara Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı təmsil etdi. Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə bu gün həmin dəstəyini musiqinin vasitəsilə çatdırdı. Nəzərə alsaq ki, musiqi də bir siyasətdir, xalqları bir araya gətirir, bu halda həm dost Türkiyənin, eyni zamanda, üç qitənin – Asiya, Afrika və Avropanın on ölkəsindən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin ifalarının əhəmiyyətini geniş şərh etməyə ehtiyac qalmaz.
Tarixi sahiblərini növbəti dəfə qarşılayan Şuşanın yaşadığı sevinci hava da hiss etdirdi. Yağan yağış qədim şəhərimizin sevincdən süzülən göz yaşlarının təqdimatı oldu. Atalarımız “su aydınlıqdır” deyiblər. Bu aydınlığın fonunda davam edən festivalda Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu “Çal oyna” xalq mahnısını, “Cəngi” Estrada Folklor Rəqs Ansamblı “Tənzərə”, Əməkdar artist Şirzad Fətəliyev və nəfəs alətləri qrupu “Turacı” xalq rəqslərini, Malinin Şeyx Tidiane Sek etnocaz qrupu “Sanqa Bo” kompozisiyasını, “Pakistan rəngləri” qrupu “Bhanqra” rəqsini, Melitassi Gürcü Folklor Rəqs Ansamblı “Svanuri” rəqsini təqdim etdilər. Əməkdar mədəniyyət işçisi, aşıq Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu “Qarabağ qaytağısı” saz havasını, Xalq artisti Polad Bülbüloğlu və Bakı Xoreoqrafiya Akademiyasının “Xarıbülbül” rəqs ansamblı “Qarabağım” mahnısını səsləndirdilər. Açılış konserti Əməkdar artist Aybəniz Haşımovanın və "Bülbüllər” qrupunun ifasında “Vətəndən pay olmayır” mahnısı ilə başa çatdı.
Bu mahnı ümumilikdə tədbirin mahiyyətini özündə ehtiva edərək bir daha 30 il işğal altında qalan torpaqlarımızın dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi, həmrəyliyi sayəsində azadlığa qovuşmasını dünyaya çatdırdı və bəyan edildi ki, Vətəndən pay olmaz. Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. Silaha sarılan Azərbaycan gəncləri qanları, canları ilə yazdıqları tarix əsasında təsdiqlədilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
Ulu öndər Heydər Əliyevin yaddaşlara həkk olunan bu fikirləri festival iştirakçılarının sürəkli alqışları ilə müşayiət olundu: "Biz Azərbaycan torpağının bir qarışını da heç kimə verməyəcəyik!" Bu anları kövrək hisslərlə yaşayan Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha ata vəsiyyətini yerinə yetirməsindən yaşadığı qürurunu, sevincini xalqımızla paylaşdı.
Gerçək olan bir reallığı vurğulamaq istərdim ki, yaşanan hər hansı bir hadisənin özəlliyini bəlkə də həmin an sözlə ifadə etmək çox çətin olur. Amma günlər keçdikcə o xoşbəxtliyi daha dərindən dərk edir, fikirlərimizi bölüşərək sanki o anlara yenidən qayıdırıq. Bu baxımdan V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatsa da qədim Şuşamızın gözəllikləri fonunda fikirlərimi paylaşmaqdan böyük sevinc hissi keçirir, bizlərə bu gözəl anları, xoşbəxtliyi yaşadan, xalqımızı Qarabağımıza, Şuşamıza qovuşduran, tariximizin Zəfər səhifəsini yazan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımı ifadə edir, şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm. Qalib Prezidentimizin Şuşadan müraciətində xüsusi yer alan “Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikirləri Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın gələcək uğurlarının bütün dünyaya təqdimatı oldu.

AZƏRTAC məqaləni təqdim edir.

Xudaferin.eu
13:33
Digər xəbərlər