“Uşağı zəhərləyən "Kinder Joy" satışdan çıxarılsa, ictimaiyyətin gözü qarşısında yandırılacaqmı?”

 

“Uşağı zəhərləyən "Kinder Joy" satışdan çıxarılsa, ictimaiyyətin gözü qarşısında yandırılacaqmı?”AİİB sədri Eyyub Hüseynov: “Yararsızlaşdırma mexanizm yoxdur deyə bir müddət sonra yenə istehlakçıya sırına bilər”

 

"Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov "Kinder Joy" şokoladlı yumurtalardan körpələrin zəhərlənəcəyilə bağlı SOS-siqnal verib.

AİİB sədrinin sözlərinə görə, birliyə həmin məhsulla bağlı 3 gündür şikayət daxil olub. Heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir. Bu malı idxal edən "Hengen" şirkətinə də məlumat verdim, heç bir əməli iş görmür: “Bu fakt bir daha sübut edir ki, ölkə Prezidentinin "Qida Təhlükəsizliyi Agentliyi"nin yaradılmasına dair fərman vaxtında verilmiş və zəruri bir sənəddir. Özünüzü və körpələrinizi təhlükəli qidadan qoruyun!”
 

“Tibb işçisiyən deyə övladımı xilas elədim, bəs başqa valideynlər necə edəcək?”
 

AİİB-ə müraciət edən Xəyyam Babayevlə əlaqə saxladıq. Bildirdi ki, Xətai metrosu yaxınlığında yerləşən “Metro market” dükanından uşağı üçün “Kinder joy” şokoladlı yumurta alıb, övladı yeyib və zəhərlənib. Tibb işçisi olduğu üçün təcili müdaxilədən sonra övladının həyatını xilas edə bilib: “Uşaq səhərə qədər qusdu, qaytardı, ishal oldu. Tibb işçisi olduğum üçün özüm tibbi müdaxilə etdim, həkimə müraciətə ehtiyac qalmadı. Yumurtanın üzərinə baxdım. Buraxılma tarixi və yararlılıq tarixinin üzəri qırmızı skoçla örtülmüşdü, skoçu qaldıranda altında 04.03.16 və 15.09.16 tarixini gördüm. Yəni sentyabr ayının 15-dən istifadə müddəti başa çatıb. Mən kassa çeki olması üçün 12.02.17 tarixdə müxtəlif vaxtlarda həmin dükana gedib yenə eyni maldan aldım. Həmin mallarda eyni idi və kassa çekinin üzərində VÖEN yoxdur. Kassa çekinin surəti də Eyyub müəllimə təqdim etdiyim ərziəyə əlavə olunub”.

 

Qutunun üst hissəsində təzə tarix, alt hissədə vaxtı keçmişlər yığılmışdı
 

Xəyyam Babayev dedi ki, marketin rəhbəri onun gözü qarşısında həmin "Kinder Joy" şokolad yumurtalarını açıb, məlum oldu ki, alt hissədə təzə tarixdi, üst hissədə köhnə tarix: “Orda öyrəndim ki, həmin şokoladlar “Hengen” firmasından gəlməyib. Amma bu məhsul tək “Metro market” deyil digər satış yerlərinə də paylanır. Həmin məhsulu marketə gətirən şəxsin telefon əlaqəsini tapdım, amma o da zənglərimə cavab vermir.

Bütün hallarda bu cür vaxtı keçmiş maldan uşaqlar zəhərlənə bilər deyə mən bu məsələninin ictimailəşməsinə maraqlıyam. Lazım gələrsə, məhkəməyə də müraciət eləməyə hazıram ki, bu işdə rolu olan hər bir hüquqi və ya fizki şəxslər cəzalansın”.

 

Hurriyyet.org

 

08:44