Urmulu milli fəal farsları Xəlil Rza Ulutürkün şeri ilə susdurdu

 

Urmu Bilimyurdunda (Universitet) milli fəallar Novruz Bayramı öncəsi şeir gecəsi keçiriblər

Güney Azərbaycanın Urmu şəhərində yerli Bilimyurdunda qarşıdakı Novruz Bayramı nədəni olaraq, törən keçlirilmişdir. Törəndə Əli Manafzadə adlı milli fəal tədbirdə söz haqqı alaraq, Novruz Bayramının bir Türk bayramı olduğunu, Türklərin bu bayramı farslardan daha yaxşı bildiklərini söyləyib. Eyni zamanda bildirib ki, farslarda tarix boyu Novruz Bayramı anlayışı olmayıb. 1930-cu illərə qədər farslar üçün yeni il anlayışı hər il sentyabr ayının 22-də qeyd olunub. Buna “Mehriqan Bayramı” deyirdilər. Türk Dünyası coğrafiyasında isə, Novruz Baryamı tarixin ən əski çağlarından başlayaraq, elə bün də

Milli bayram olaraq dəyərləndirilməkdədir. Soydaşımız sözünü davam etdirərək qeyd edib ki, burada qurduğunuz oyunlarla bizə farsların saxta adət-ənənələri aşılayırsınız. Yaxşı olardı ki, belə oyunlarınızı Urmuda deyil, Tehranda mərkəzçi dostlarınıza oynayardınız. Unutmaq olmaz ki, 1925-ci ildə tarixdə ilk dəfə olaraq İran adlı bölgədə “paniranizm” və “panfarsizm” ideologiyasını dövlət siyasətinə çevirən Rza Pəhləvi biz Türklərə bağlı nələr olubsa, hamısını “farsçılıq” libasına bürümək siyasətini aparmışdır. Novruz Bayramı da bu qonulardan biridir. Belə oyunların qeyri-fars millətlərə oynamağa gərək yoxdur. Qeyri-fars millətlərdən söz düşəndə siz qorxunuzdan titrəyirsiniz. Lakin fars olmadığı və öz milli haqqlarını qoruduğu üçün bu gün yüz minlərlə milli fəal Novruz Bayramını ailələri ilə deyil, zindan işçiləri ilə qutlayacaqlar deyə milli fəal vurğulayıb.

Çıxışının sonunda isə Əli Manafzadə Azərbaycanın milli şairi Xəlil Rza Ulutürkün “Zindanda Novruz bayramı” şerini oxuyaraq bunu Güney Azərbaycanın bütün tutuqlu milli fəallarına həsr etdiyini bildirib.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

05:43