Urmulu gənc İsviçrədə düzənlən innovasiya yarışmasında birinci oldu

 

Güney Azərbycanın Urmu şəhrindən olan Mehdi Bəşiri İsviçrədə düzənlən Dünya İnnovasiya yarışımasında dişçilik üzrə gəliştirdiyi kəşflərə görə birinci və ən yaxşı araşdırmaçı ödülünü qazanıb.

İnnovasiya dünyasında apardığı çeşidli araşdırmaları olan və Türkiyənin İstanbul şəhərindəki “Aydın Universiteti”nin məzun olan və hazırda Macarıstanda yaşayan Mehdi Bəşiri bu uğurları ilə ilgili olaraq əldə etdiyi başarılarını belə ifadə edib: “Əslində bu ödülü  innovasiya dünyasında iki ildir ki, məşğul olduğum işlər sonucu olaraq aldım. Buradan başqa, müxtəlif müsabiqə və konqreslərə qatılıb oralardan da ödüllər almışam. Əsas hədəfim Nobel ödülünü almaqdır”.

Stomologiya sahəsindəki ilk buluşunu bu məsələdə təhsil almadan öncə etdiyini bildirən Mehdi Bəşiri: “Kəşfimlə bağlı məsləhət aldığım bir mütəxəssisin mənə dedikləri həyatımı dəyişdirdi. Ətrafımda gördüyüm hər şeyin bir ideya olduğunu göstərdi. Ehtiyac kəşfin anasıdır. Mən də diş fırçasını dəyişmək istədim və bu ixtiranı etdim. Daha sonra diş həkimliyi bölümünü oxumaq istədim. Yoluma çıxan maneələr, məni heç bir zaman qorxutmadı. Bütün çətinliklərə rəğmən yoluma davam etdim və bundan sonra da edəcəyəm. İnanıram ki, bir gün dünyanı sarsıdacaq bir kəşflərim olacaq. Bu günə kimi 18 projenin müəllifi olmuşam. Projelərim yalnız diş həkimliyi sahəsi ilə məhdudlaşmayıb. Xüsusi təhsil və tibbi ləvazimatlar sahəsində də işlərim var” deyə bildirib.

 

Xudaferin.eu
 

05:22