Urmuda voleybol yarışında milli şüarlar səsləndirildi

 

Güney AzərbaycanınUrmu şəhərinin “Durnalar Yuvası” stadionunda yerli “Şəhrdari” takımı ilə Tehranın “Bank-i Sərmayə” takımı arasında görüş keçirilib, oyun 3:1 hesabı ilə İran mollakrat rejiminin qatı dəstəkçisi hakimin sayəsində qonaq komandanın xeyirinə başa çatıb.

Urmu takımı oyunda uduzsa da, görüşün qalibi Güney Azərbaycan olub. Stadionda tamaşaçı qismində iştirak edən 5 mindən çox soydaşımız oyun boyu müxtəlif milli şüarlar səsləndirərək stadionu lərzəyə gətiriblər. Tamaşaçılar son günlərdə kürd terror qruplaşması adına fəaliyyət göstərən terrorçu “PEJAK”ın Çaldıranda törətdiyi terror aktını qınayıb, bu barədə bir çox şüarlar səsləndiriblər. Urmu takımının oyunçuları isə terror aktında şəhid olan türk sərhədçilərinin ehtıramına qara geyiniblər. Tamaşaçılar arasında Güney Azərbaycanın Zəngan, Qəzvin, Həmədan və Ərdəbil bölgələridən gələn çox sayda milli-mədəni fəalın da olduğu bildirilir. Tamaçılar qara mozaika dizaynı da təşkil edərək baş verən terror aktında şəhid olanların xatirəsini anıblar. “Şəhrdari” takımının tərəfdarları stadionda səsləndirdikləri şüarlar və qaldırdıqları plakatlarla rəqib komandanın üzvlərini heyran qoyublar.

Xatırladaq ki, noyabrın 3-də Türkiyə ilə sərhəddə yerləşən Güney Azərbaycanın Çaldıran şəhərində PKK-nın yandaşı olan “PEJAK” kürd terror təşkilatı 8 sərhədçinin olduğu avtomobilə silahlı hücum edərək onları qətlə yetiriblər. Şəhidlərin 7-ı Azərbaycan, biri isə Türkmən türklərindəndir.
 

Xudaferin.eu

Güney Azərbaycan, "Urmu Bürosu"

 

10:31