Urmuda öyrəncilərdən “Türk Dilində Mədrəsə” plakatları

Güney Azərbaycanın Urmu şəhərində milliyətçi öyrəncilər Ana dilində eytim istəklərini bir daha bildiriblər. İran adlanan ölkənin prezident danışmanının Urmuda öyrəncilərlə görüşməsini fürsət bilən milliyətçi öyrəncilər öz demokratik haqlarını tələb ediblər.

Oğuz TV-nin muxbirinin Urmudan verdiği bilgilərə görə, Urmunun elektrik idarəsinin “Təvanir” salonunda İran adlanan ölkənin prezident danışmanının öyrəniclər günü nədəni ilə öyrəncilərlə bir araya gəlməsinidən oluşan ortamdan yararlanan milliyətçi öyrəncilər “Ana Dilim Hanı” və “Türk Dilində Mədrəsə” kimin plakatlar qaldırıb və öz demokratik və insani haqlarını tələb ediblər.
Qeyd edək ki, Tehranda “İran Parlamenti Türk Millət Vəkilləri Fraksiyası” qrupu adı ilə bilinən deputatlar faktiki olaraq, Güney Azərbaycan Milli Davasını kölgədə qoymaq xətti ilə hərəkət edirlər. Bu da doğal olaraq, Güney Azərbaycanda haqlı narazılıqlara səbəb olub.

Oğuz.tv

09:02