Urmuda milli fəal Qulam Quluzadə tutuqlandı

Bu il yanvar ayının 15-də Güney Azərbaycanın Urmu şəhərində milli fəal Qulam Quluzadə İran mollakratiya rejiminin xüsusi cəza dəstəsi olan “İttilaat” qüvvələri tərəfindən nəzarət altına alınaraq tutqlanıb. Urmudan “XUDAFERİN.EU”ya daxil olan  məlumata görə, tanınmış milli fəal Qulam Quluzadə  dünən günorta çağı naməlum səbəbdən tutulub və naməlum istiqamətə aparılıb. Hələlik milli fəalın harada saxlandığı haqda hər hansı bir bilgi yoxdur.

Xatırladaq ki, Güney Azərbaycan Milli Hərəkatının fəalı Qulam Qulizadə  Tehranda dərc olunan və antitürk təbliğatllar aparan dərgilərə, qəzetlərə və TV proqramlarına qarşı aparılan milli mücadilə dönəmində, özəlliklə də 2015-ci il iyunun 7-də və 2013-cü il iyunun 28-də tutulmuş və günlərcə işgəncələr altında saxlanılmışdır. olmuşdur. Bundan əlavə milli fəal dəfələrlə Urmuda yerləşən fars rejiminin və mollakratiya siyasətini yürüdən məhkəmələrdə qondarma ittihamlarlaçağırış alıb və muhakimə olunub.
Qeyd edək ki, Güney Azərbaycan Milli Hərəkatının fəallarının və eləcə də bu prosesin tərəfdarlarının gözünü qorxutmaq üçün, İran mollakratiya rejimi ən qəddar vasitələrə belə əl atmaqdan çəkinmir. Ancaq, o da bəllidir ki, Güney Azərbaycan Milli Davasının qarşısını hər hansı həbslərlə və təqiblərlə almaq hələ ki, baş tutmur. Bütün bunların əksinə olaraq, milli hərəkat gücləndikcə mollakratlar da zəifləməyə başlamışlar.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

11:33