Urmuda kürdlər hökümətin əli ilə qanunsuz şəkildə türklərin torpaqlarına yiyələnir
Güney Azərbaycanın Urmu şəhəri və eyniadlı vilayətində İran mollakratiya rejiminin apardığı qatı antitürk siyasəti sonucu olaraq, rəsmi dövlət orqanların türklərə aid torpaqların kürdlərə satılması və ötürülməsi ilə bağlı saxtakarlığına dair sənədlər üzə çıxıb.
Məlum olub ki, mollakratiya rejiminin təməlini qoymuş, qatı paniranist, panfarsist və eyni zamanda dünya terrorizminin yuva sını qurmuş Ruhulla Xomeyninin hakimiyyətdə olduğu dönəmlərdə “Xomeyninin Fərmanlarını İcra Mərkəzi”nin o dönəmdə Urmu vilayəti üzrə valisi görəvini daşımış Qurbanəli Səadət və Şəhər Şurasının göstərişi ilə 75 hektar və 11000 kvadrat metr torpaq sahələrini İraqın Ərbil şəhərində yaşayan, etnik mənşəcə kürd olan, uzun illərdir PKK və PEJAK tipli kürd terrorizmi ideyasın maliyyə dəstəyi verən Məhəmməd Əmin Novruzi adlı bir kürdə hədiyyə edib. Bu barədə Güney Azərbaycanın Batı Bölgələri üzrə “Ərazi və Torpaq İşləri Mərkəzi və Kənd Təsərrüfatı İdarəsi” ilə də gizli yazışmalar son zamanlar gündəmə gətirilibdir. Üzə çıxan sənədlərə görə mollakratiya rejiminin heç bir nümayəndəsi bu barədə təkzib də verə bilməyibdir.
Urmu şəhərinin “Bərq” və “Apadana” xiyabanlarının kəsişməsində yerləşən torpaq sahələri əslində Amerika Birləşmiş Ştatlarında yaşayan bir türkə aiddir. Lakin hökumət müxtəlif təzyiq və təhdidlər yolu ilə torpaq sahəsini sahibindən alıb və məhkəmə vasitəsi ilə “İmamın Fərmanlarını İcra Edən Mərkəzi”nin ixtiyarına verib.
Gerçəkdə isə həmin ərazinin hüquqi sahibi olan xanım Sürəyya Beyrəqinin vəkili kimi çıxış edən İzzətulla Məcdipur sözügedən torpaq sahəsini qanunsuz şəkildə Məhəmməd Əmin Noruziyə satıb.
Məhəmməd Əmin Noruzi İraq Kürdlərinin lideri Məsud Barzaniyə yaxın şəxslərdəndir. Adlarının açıqlanmasını istəməyən bəzi mənbələr onun kürd terror qruplaşmalarına dəstək verdiyini bildirir. Kürd terror qruplaşmaları Güney Azərbaycanın Urmu bəlgəsini tamamilə kürdləşdirmək üçün əsasən dünyaya çox uşaq gətirmək, torpaq və ev alaraq bölgəyə mühacirət etmək üsulundan istifadə edir. Onlar bu planlarını daha çox bölgədə qaçaqmalçılıq yolu ilə əldə etdikləri gəlir hesabına həyata keçirirlər. Azərbaycan Milli Hərəkatının fəalları Urmu vilayətində torpaqların radikal kürdlərə satılmaması barədə dəfələrlə xəbərdarlıq ediblər. Lakin təəssüflər olsun ki, belə faktlara hələ də rast gəlinir, rejimin bölgənin kürdləşdirilməsində maraqlı olması məsələni qat-qat mürəkkələşdirib.

Xudaferin.eu
Güney Azərbaycan, "Urmu Bürosu"
09:57
Digər xəbərlər