Urmu Universitetlərinin “Türk Fraksiyası” və siyasi məhbuslara dəstək

Urmunun müxtəlif universitetlərində təhsil alan 1319 nəfər Türk öyrənci birgə bəyanat yayımlayaraq. Bəyanatda bildirilir ki, İran parlamentində 100 millət vəkilinin təsis etdiyi “Türk Bölgələri Fraksiyası”na dəstək veririk.

“Ölkənin bir qrup Türk Öyrəncisinin bəyanatı” başlığı ilə yazılmış açıqlamada İranın “Türk bölgələrində iqtisadi, ekoloji və mədəni durumun narahatedici olduğu” qeyd edilib. 1319 nəfərin imzası ilə yanaşı, yayılan bəyanatda həmçinin bunlarn da yazılıb: “Bu durumun düzəldilməsi və gedişatın ölkə və əhalinin mənafeyi yönündə dəyişməsi lazımdır. Biz bir qrup Türk öyrənci, Türk bölgələrinin qeyri-partizan fraksiyasının təsisini bu dəyişmə prosesinin bir hissəsi kimi görürük. Bu vasitə ilə türk bölgələrinin inkişafı üçün zəmin yaranmasına ümid edirik.”
Bəyanat Urmu Universiteti, Urmu Azad Universiteti, Urmu Texniki Universiteti və Batı  Azərbaycan vilayətinin mərkəzində yerləşən bir neçə digər ali təhsil mərkəzi tələbələri tərəfindən imzalanıb.
Bu günlərdə Təbriz millət vəkili və “Türk Bölgələri Fraksiyası”nın başqanı Məsud Pezeşkiyanın iştirakı ilə Urmu Azad Universitetində keçirilən bir tədbirdə bir qrup tələbə aclıq aksiyası keçirən milli fəal Murtaza Muradpura dəstək bildiriblər.
Qeyd edək ki, sosial mediada həmin tədbirlə bağlı yayılan şəkillərdə tələbələrin əllərində Murtaza Muradpurun şəkilləri və üzərində “Türk dilində mədrəsə” yazılmış bir plakat görünməkdədir. Millət vəkili Məsud Pezeşkiyan tələbələrin bu tələblə ilgili etirazlarına qarşı çıxıb. Ona görə də, “Türk Bölgələri Fraksiyası”nın passiv fəaliyyətinə qarşı Güney Azərbaycanın bütün bölgələrində kəskin şəkildə etirazlar vardır.

Xudaferin.eu   

13:20