Urmu Gölünün qurudulmasına etiraz üçün toplaşanlara hücum edildi

 

İyul ayının 14-də axşam çağı Güney Azərbaycanın Urmu şəhərində “Urmu-Tərbiz keçid körpüsü”ndə bir araya gələn Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı İran mollakratiya rejimininn xüsusi cəza dəstələri tərəfindən vəhşicəsinə hücumlar təşkil edilib.

Yüzlərlə milli fəal mollakratiya rejiminin məqsədli şəkildə Urmu gölünün qurudulmasına qarşı mədəni və dinc etiraz olaraq “Urmudan-Təbrizə insan zənciri” adında eyləmi düzənləmək üçün bir araya gəmişdilər. Amac, Urmu Gölü çevrəsində son illərdə baş verən ekoloji böhranın aradan qaldırılmasını bir daha gündəmə gətirmək olub. Ancaq Güney Azərbaycan Milli Hərəkatının bu dinc eyləmi həyata keçirmək ərəfəsində İran mollakratiya rejiminin hərbi və xüsusi cəza dəstələri əlisilahlı dinc əhaliyə qarşı hücum edib.
Bu olayla ilgili olaraq, milli fəallardan bir neçə nəfər tutuqlanmışdır. Bununla yanaşı, rejimin silahlı cəza dəstələri Urmu şəhərində qeyri qanuni fövəladə rejim yaradıbdır. Demək olar ki, Urmu şəhərinə bütün giriş-çıxış yolları nəzarətə alınıbdır. Özəlliklə də  Urmu şəhərindən Gölə gedən caddələrdə və yollarda və eləcə də Urmu-Təbriz keçid körpüsü istiqamətində olan xiyabanlar və yollarda silahlı əsgəri qüvvələri yerləşdirib.

Qeyd edək tutuqlanan milli fəallar Məhəmməd Hüseynzadədən başqa digər tutuqlanan milli fəalların kimliyindən və taleyindən hər hansı bir bilgi yoxdur.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

14:06