Ünlü bəstəçi və dirijor Nəriman Əzim Gəncəli vəfat edib

Azərbaycanın xalq artisti və dirijor Nəriman Əzim Gəncəli ömrünün 81-ci ilində dünyasını dəyişib. O, uzun sürən xəstəlikdən sonra vəfat edib, yaxınlarının sözlərinə görə, xalq artisti şəkər xəstəliyindən əziyyət çəkirmiş. Nəriman Əzim Gəncəli uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. Mayası xalq yaradıcılığından almış çoxlu mahnıların, xalq çalğı alətləri orkestri üçün yazdığı müsiqi parçalarının müəllifidir.

Təməli Üzeyir Bəy Hacıbəyli tərəfindən Dövlət Radiosunun nəzdində qoyulmuş “Xalq Çalğı Alətləri Orkestri” bütün Şərqdə yaradılmış ilk xalq çalğı alətləri orkestri kimi tanınıb. Bu orkestir uzun illər ünlü bəstəçi və dirijor Səid Rüstəmov idarə etmişdir. Onun özlümündən sonra, Üzeyir Bəy Hacıbəyli və Səid Rüstəmovun ənənəsini ömrünün sonuna kimi davam etdirən məhz Nəriman Əzim Gəncəli olmuşdur. Bir sıra bürokratlar Üzeyir Bəyin yadigarı olan bu orkestri tamamilə lazımsız bir qurum kimi ləğv etdirmək istəyəndə Nəriman Əzim Gəncəli sinəsini irəli verərək mədəniyyət aləmində təkbaşına ən böyük qəhrəmanlığı nümayiş etdirmişdir.

“Avropada Azərbaycanın Dostları Cəmiyyəti” və “Xudaferin” saytı olaraq, Azərbaycan xalqına və onun mıdəniyyət xadimlərinə, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk. 

  

12:13