"Uluslararası TRT Sənədli Film Ödülləri" nin qaliblərinə öödül verildi

 

Türkiyə Radio Televiziya Qurumunun (TRT) bu il 9-cu dəfə düzənlədiyi "Uluslararası  TRT Sənədli Film Ödülləri" yarışmasının qaliblərinə ödüllər verildi. Camal Rəşid Rey Konsert Zalında keçirilən mükafatvermə mərasimi çox böyük coşqularla qarşılandı

Kinodokumentalistlərin həyatın reallıqlarını həqiqi aktyorlar vasitəsilə çox gözəl bir şəkildə göstərməsi mısələsinə isə festival boyunca sənətsevərlər daha yüksək qiymət verdilər: "Bu ilin mövzusu "Miqrasiya və Diskriminasiya"dır. Mövzu ilə əlaqədar çox gözəl sənədli filmlər müsabiqəyə girdi. Ümidvaram ki, bu filmlərlə həyatın həqiqətlərini Türkiyə və dünya ictimaiyyətinə çatdırmaq mümkün olmuşdur".

Festivalın təşkilatçıları əməyi keçənlərə və TRT-yə təşəkkür etdilər: "TRT bu sənədli filmlər vasitəsilə həm milli, həm də beynəlxalq sahədə çox sayda rejissorun, çox sayda kinoşünasın bu müsabiqəyə qatılmasını təmin etdi. Xüsusilə, Türkiyədə çox sayda universitet tələbəsi dostlarımız da bu yarışlara qatılaraq müvəffəqiyyətə doğru ilk addımlarını atdılar".

"Uluslararası Kateqoriya"da Xocaqulu Narlıyev, Florian Thalhofer, Semih Kaplanoğlu, Paskal Bensoussan, Sergi Dolade və Reem Baderdən ibarət jüri heyəti mükafat alan filmləri müəyyən etdi. Mərasimdə "Beynəlxalq Kateqoriya"da "T.C. Mədəniyyət və Turizm Nazirliyi Mükafatı"nı "Suriyada Həqiqətlər" filmi ilə Hernan Zinin, "Üçüncülük Mükafatı" da "Çinin Van Goghları" filmi ilə Haibo Yu və Kiki Tianqi Yun qazandı.

"Milli Professional Kateqoriyası"nda "Ən Yaxşı Film" mükafalarına "Üzləşmə" adlı filmi ilə Nejla Dəmirçi, "T.C. Kültür və Turizm Bakanlığı" ödülünə "Yuxuda Ayılmaq" filmi ilə Münir Alper Doğan, "Üçüncülük" mükafatına isə "Gənc Pəhləvanlar" filmi ilə Mete Gümürhan layiq görüldülər.

"Milli Tələbə Filmləri Kateqoriyası"nda "Ən Yaxşı Film" ödülünü "Qırmızı" adlı filmi ilə Əbdürrəhman Dəmir aldı. Həsən Ərdoğmuşun "İstərdim" filminə "T.C. Kültür və Turizm Bakanlığı Ödülü”nün" verildiyi tədbirdə "Buludların Arxasında" adlı filmin rejissoru Fateh Ertəkin "İstanbul Universiteti Mükafatı"nın sahibi oldu. 325 min TL məbləğində olan mükafatın verildiyi gecədə Sezər Ağgez "Dişə Diş Gözə Göz" filmi ilə, Mehmet İsmayıl Çeçen də "Məzarlıq Çalğıçıları" filmi ilə 35 min TL məəbləğində olan "Layihə Dəstək Mükafatı"nı aldılar.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:33