Ulu Tanrı Bəhram Bağırzadəyə şəfa diləyirik

Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin institutu bitirib. İxtisası teatr rejissorudur. Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və iyirminci əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir.

Bəhram Bağırzadə bildiyiniz kimi koronovirus infeksiyasına yoluxmuşdur. "Avropada Azərbaycanın Dostları" Cəmiyyəti və "Xudafərin" jurnalının kollektivi və oxucuları tezliklə onun sağalmasını arzu edir. Bəhram Bağırzadə hər zaman sözün düzünü deyən, cəmiyyətdəki eybəcərlikləri yumorla xalqa çatdıran, mərd bir Azərbaycan oğludur.

Allah şəfa versin! Ulu Tanrı onu tezliklə sıramıza qaytarsın.

xudaferin.eu

17:13