Ukraynadakı soydaşlarımız Rəcəb Tayyib Ərdoğanın qələbəsini qeyd ediblər

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qələbəsi Ukraynada soydaşlarımız tərəfindən təntənəli şəkildə qeyd olunub.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Ərdoğanın qələbəsi münasibətilə soydaşlarımızın bir qismi Türkiyənin Ukraynadakı səfirliyinin binası qarşısına toplaşıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan soydaşlarımız bununla qardaş ölkəyə dəstək ifadə ediblər.

Soydaşlarımzı qarşılayan Türkiyənin Ukraynadakı səfiri Yağmur Güldere bildirib ki, Türkiyə və Azərbaycan hər zaman bir yumruq olub və olacaq.

“Türkiyə və Azərbaycan diaspor fəalları Ukraynada da daim bir yerdədir, çətinliklərə qarşı birgə mübarizə aparırlar. Bizim qardaşlığımız bütün dünyada mövcuddur. Rəcəb Tayyib Ərdoğanın qələbəsinə dəstək verməyiniz Ukraynada da qardaşlığımızın bariz nümunəsidir”, - deyə səfir əlavə edib.

Emil Hüseynli

Xudaferin.eu

23:25