Ukraynada rusiyalı jurnalist güllələnib—FOTO

Moskva Ukrayna hökumətini rusiyalı jurnalist Arkadiy Babçenkonun qətli ilə bağlı operativ istintaqa əlindən gələn dəstəyi göstərməyə çağırıb.

Xudaferin.eu xəbər verir ki, bu haqda Rusiya XİN-nin bəyanatında deyilir.

“İnanırıq ki, beynəlxalq instansiyalar və qeyri-hökumət təşkilatları istintaqın gedişini öz nəzarətlərinə götürəcək”, - deyə bəyanatda qeyd olunub.

Rusiya XİN Ukraynada KİV əməkdaşlarına qarşı fiziki zorakılıq və silahlı hücum hallarının artdığına diqqət çəkib.

“Qanlı cinayətlər və total cəzasızlıq Kiyev rejimi üçün adi hal alıb”, - deyə məlumatda qeyd olunur.

Xudaferin.eu


 

13:36